Əsas Səhifə > Güney Press / Manşet > DAHA BİR BANKA QARŞI KORRUPSİYA İTTİHAMI

DAHA BİR BANKA QARŞI KORRUPSİYA İTTİHAMI


16-07-2012, 17:10
DAHA BİR BANKA QARŞI KORRUPSİYA İTTİHAMI

MİQYAS XIRDA OLSA DA, KORRUPSİYA ELƏ KORRUPSİYADIR…

DİA.AZ: - Redaksiyamıza В«UniBankВ»dan şikayət edən bir vətəndaşın narazılıq dolu məktubu daxil olub. Adının çəkilməsini arzu etməyən şikayətçi bildirir ki, iki gün əvvəl В«UniBankВ»ın reklamlarının təsiri altında bu bankdan 3000 manat kreditə pul götürüb.

DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir: В«Əvvəldən elan etmişdilər ki, heç bir faiz və В«şapkaВ» olmayacaq. Mən isə özümü ən azından 20-30 manatlıq pulun tutulmasına hazırlamışdım. Çünki onsuz da problemlərimi həll etmək üçün bu pulu götürürdüm və götürdüyüm məbləğ elə də böyük deyil ki, çox pul tutulsunВ».

Şikayətçi bildirir ki, amma onun gözlədiklərinin əksinə olaraq, bankdan krediti götürərkən ondan 210 manat pul tutulub və bunu ona onun anlamadığı iqtisadi terminlərlə izah etməyə çalışıblar. Biz də redaksiya olaraq öyrənə bildik ki, həqiqətən də 3000 manatlıq kreditin götürülməsi zamanı pulun heç də hamısı vətəndaşa çatmır və yalnız bir məsələ var ki, bank tərəfindən pultutulmasının miqdarı 30 manatdan yuxarı ola bilməz.

Deməli, hətta bu halda belə, korrupsiya faktının mövcudluğu sübut olunur. Qarşı tərəfi də dinləməyə hazırıq, bizi izləyin…

Geri qayıt