Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI MASALARA NİYƏ QƏNİM KƏSİLİB?

İCRA BAŞÇISI MASALARA NİYƏ QƏNİM KƏSİLİB?


16-07-2012, 16:47
İCRA BAŞÇISI MASALARA NİYƏ QƏNİM KƏSİLİB?

XALƏDDİN İSGƏNDƏROVLA BAĞLI MARAQLI MƏLUMAT

DİA.AZ: - Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Xaləddin Şahmar oğlu İsgəndərovun Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzaladı. Bildirək ki, Xaləddin Şahmar oğlu İsgəndərov Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifəsini tutub. Onun vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olduğu da söylənilir və bildirilir ki, o, nazirin bacısının həyat yoldaşıdır.

Redaksiyamıza isə Binəqədinin yeni icra başçısının, keçmiş vergi işçisinin bir xasiyyəti ilə bağlı məlumat daxil olub. Bildirilir ki, hələ vergilər nazirliyində çalışdığı zamanlardan işçiləri Xaləddin İsgəndərovun qarşısındakı masaya qənim kəsilməsindən xəbərdar olublar. Belə ki, idmançı görkəminə və qüvvətinə malik olan İsgəndərov hər hirslənəndə yumruğunu masasına elə vurur ki, həmin massa sonradan kabinetdən atılır və onun yerinə yenisi qoyulur.

İndi isə Xaləddin İsgəndərov Binəqədi rayonuna rəhbərlik edir. İH-dəki qaynaqlardan DİA.AZ-a ötürülən informasiyaya görə, gəlişindən bu yana, yəni 26 aprel tarixindən etibarən yeni başçı 3 dəfə qabaq masasını dəyişdirtdirib. Əslində öunun özünün yaxşı göstərici olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, vergilər nazirliyində işləyərkən Xaləddin İsgəndərovun hər ay masasını dəyişdirdiyi söylənilirdi.

Geri qayıt