Əsas Səhifə > Hadisə > AYAZ MÜTƏLLİBOV YOL ÜSTÜNDƏDİR

AYAZ MÜTƏLLİBOV YOL ÜSTÜNDƏDİR


26-10-2011, 12:25
AYAZ MÜTƏLLİBOV YOL ÜSTÜNDƏDİR

“HEÇ ELÇİBƏY DƏ TAM MÜDDƏTƏ PREZİDENT OLMAYIB”

"Mən "Eks-prezidentlər haqqında" qanun layihəsinin qəbulunu çoxdan gözləyirdim". Bu sözləri Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov SalamNews-a verdiyi müsahibəsində bildirib.

O deyib: "İkinci söhbət ola da bilməz, mən mütləq qayıdacağam. Nə ilə məşğul olacağımı isə zaman göstərəcək. Bununla bağlı xüsusi planlarım yoxdur. Təbii ki, bu qanunun qəbul edilməsini eşitmək mənə çox xoşdur. Bu, təkcə mənə deyil, həm də rəhmətlik Heydər Əliyevə aiddir".

Eks-prezident qanun layihəsinin qəbul edilməsini yüksək qiymıtləndirərək bunun demokratik cəmiyyət tərəfindən də müsbət qarşılanacağına ümidvar olduğunu bildirib: "Bu addım "müasir Azərbaycanın tarixində Konstitusiya ənələrinin bərpasıdır. Bu cəmiyyətimizi möhkəmləndirə biləcək bir amildir".

Bir sıra deputatların çıxmasına "Eks-prezidentlər haqqında" qanun layihəsinin qəbul olunmasını şərh edən keçmiş prezident ünvanına bu kimi narazıçılıqları çoxdan öyrəşdiyini vurğulayıb: "Belə fikirlər səslənir ki, mən tam müddətə prezident olmamışam. Heç Elçibəy də tam müddətə prezident olmayıb. Bəziləri deyir ki, mən Sovet dövründə prezident seçilmişəm, lakin həmin dövründə bütün sovet respublikalarına prezidentlər seçilib. Onlardan bəziləri - Nazarbayev, Kərimov, hələ indiyədək çalışırlar".

Belə bəyanatları mənasız sayan A.Mütəllibovun fikrincə, bir neçə düşüncəsiz deputatın sözlərinə qalsa, gərək Sovet dövrünə aid hər şeyi ataq. Onda müstəqil Azərbaycanda doğulmuş deputatlara başa salmaq lazımdır ki, Sovet dövründə doğulmusansa, deməli, deputatlığa layiq deyilsən.

Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzv seçilməsinə də toxunan A.Mütəllibov bu addımın dünya ictimaiyyəti arasında Azərbaycanın imicinə müsbət təsir göstərəcəyini bildirib: "Bu, dünya ictimaiyyətinin etimadıdır. Dünya ictimaiyyəti Azərbaycanda baş verən böyük dəyişikliklərə qiymət verir. Təbii ki, bu müsbət haldır. BMT kimi beynəlxalq institutlara istinad edərək, ölkəmizə qarşı daha çox etimad qazanmaq tələb olunur".


Geri qayıt