Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANLI MƏMUR TÜRKİYƏDƏ QƏZAYA DÜŞÜB
AZƏRBAYCANLI MƏMUR TÜRKİYƏDƏ QƏZAYA DÜŞÜB16-07-2012, 16:31 |
![]() ONUN KİMLİYİ VƏ HADİSƏ BARƏDƏ ƏLAVƏ MƏLUMAT VERİLMİR DİA.AZ: - Elə bu arada DİA.AZ redaksiyasına bir yol qəzası hadisəsi barədə məlumat daxil olub. Türkiyədəki dostlarımızdan birinin özünə aid В«FasebookВ» səhifəsində yerləşdirdiyi məlumatdan belə aydın olur ki, Azərbaycanda yüksək vəzifə tutan şəxslərdən biri dünən Türkiyənin Konya şəhərində yol qəzasına uğrayıb. Məlumatı verən mənbənin sözlərinə görə, qəza nəticəsində azərbaycanlı məmurun sol qabırğası və ayağının bud nahiyəsi qırılıb: В«Məmurumuzla bərabər qəzaya düşən türkiyəli iş adamı isə qəzadan az xəsarətlə çıxıbВ». Onu da bildirək ki, mənbəmiz qəza ilə bağlı çox xəsis məlumat verməklə yanaşı, qəzaya uğrayan şəxsin kimliyini də açıqlamır. Bizim onunla əlaqə cəhdlərimiz uğursuzluqla nəticələnsə də, gün ərzində müdhiş qəza ilə bağlı əlavə bilgiləri diqqətinizə çatdırmağa çalışacağıq. Bizi izləyin… Geri qayıt |