Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VASİF TALIBOV JİRİNOVSKİNİN «ÇAYKA»SINI ALDI

VASİF TALIBOV JİRİNOVSKİNİN «ÇAYKA»SINI ALDI


16-07-2012, 16:03
VASİF TALIBOV JİRİNOVSKİNİN «ÇAYKA»SINI ALDI

XANIN 400 MİN DOLLAR XƏRCİ ÇIXIB

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun avtomobil kolleksiyası yığdığı barədə mediada xəbərlər zaman-zaman yer alıb. Hətta Naxçıvan «Xan»ının bahalı avtomobil kolleksiyasının vidaoları da internetdə geniş yayılıb.
Bu günlərdə Naxçıvandan aldığımız xəbər də elə Xanın kolleksiyasına yeni əlavə etməsi ilə bağlıdır. Naxçıvan şəhərindəki iqamətgahının altında yerləşən qaraja Rusiya kommunistlərinin lideri Jirinovskinin zirehli «Çayka»sı da gətirilib. Məlumatlara görə, bu avtomobil 1957-ci ilin istehsalıdır. Heç bir detalı dəyişdirilmədən Rusiyada gülləkeçirməz konstruksiyalarla modernizasiya edilmiş avtomobil açıq hərrac yoluyla satılmayıb.

GUNDEMİNFO.AZ məlumat verir ki, Naxçıvan Xanının bu avtomobili alması üçün göndərdiyi adamlar aylardır Jinirovski ilə danışıqlar aparırlarmış. Nəhayət iyul ayının 14-də avtomobil Türkiyədən Naxçıvana kətirilib. Avtomobilin alınması üçünsə, nə az, nə çox 400 min dollar pul ödənildiyi söylənilir.

Geri qayıt