Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “ŞƏMKİR KABUSU” FƏALİYYƏTDƏDİR

“ŞƏMKİR KABUSU” FƏALİYYƏTDƏDİR


16-07-2012, 16:01
“ŞƏMKİR KABUSU” FƏALİYYƏTDƏDİR

ŞÜBHƏLİ ŞƏXSİN DAHA 2 NƏFƏRİ ÖLDÜRDÜYÜ DEYİLİR

Son günlər Şəmkir rayonunda əhalininin narahatlığına səbəb olan şübhəli şəxs müəyyənləşdirilib və onun axtarışı istiqamətində iş aparılır. Ancaq hələ ki, onun tutulması rəsmiləşməyib.

Şübhəli şəxs isə rayonda əsl kabusa çevrilib. O, rayonda ciddi təhlükə kimi xof yaradıb.

Bu gün səhər saatlarında 7GUN.Az-a daxil olan məlumata görə, həmin şübhəli şəxs daha iki nəfəri qətlə yetirib. Belə ki, rayonun Zəəm kəndində evə girən naməlum şəxs iki nəfər qadını öldürüb.

Qeyd edək ki, onun bir neçə gün əvvəl də bir nəfəri öldürdüyü haqqında məlumat yayılmışdı.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Geri qayıt