Əsas Səhifə > Sosial, Manşet > DEPUTAT BİZNESİNİN MÜDAFİƏSİNƏ QALXDI

DEPUTAT BİZNESİNİN MÜDAFİƏSİNƏ QALXDI


16-07-2012, 15:39
DEPUTAT BİZNESİNİN MÜDAFİƏSİNƏ QALXDI

MƏTBUAT YAYIMI İŞÇİLƏRİ MERİYA QARŞISINDA AKSİYA KEÇİRƏCƏK

DİA.AZ: - Neçə müddətdir ki, «Qasid» mətbuat yayımı firmasına qarşı bir kapmpaniya həyata keçirilməkdədir. Qeyri-rəsmi informasiyalara görə, «Qasid» firmasının köşklərinin ləğv edilərək yerlərində yeni «Bakı Press» kökşlərinin quraşdırılması prosesinə birbaşa olaraq Prezident Administrasiyasında oturan qüvvələr nəzarət etdiyindən «Qasid» firmasının direktoru, millət vəkili Mirkazım Kazımovun hakim düşərgədəki mövqeləri belə bu diskrimanisiya siyasətinin durdurulması üçün yetərli olmayıb.

Onu da xatırladaq ki, «Qasid» firmasının köşklərinin götürülərək, onların yerlərində tamam başhqa bir firmanın köşklərinin yerləşdirilməsi ilə bağlı məsələ bu günlərdə PA-nın şöbə müdiri Əli Həsənovun qəzet işçiləri ilə görüşündə də əsas müzakirə mövzusu olub. Amma buna baxmayaraq, PA rəsmisi ilə görüş hər hansı müsbət dəyişikliyə nədən olmadı.

Məhz bu səbəbdən «Qasid» firmasının özünün hərəkətə keçməsi gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, sabah saat 12-də «Qasid» mətbuat yayımının əməkdaşları və bir sıra qəzet redaksiyaları Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.

Onu da vurğulayaq ki, Səbayel rayonu ərazisində «Qasid» firmasına məxsus iki qəzet köşkü bir gecənin içində yığışdırılıb. Maraqlıdır ki, "Qasid" firmasının köşkləri götürülərkən idarənin özünə heç bir məlumat verilmir. Və aksiya qərarını da məhz köşk işçilərinin özləri veriblər.

Geri qayıt