Əsas Səhifə > Siyasət, Manşet > GÖYÇAYDA MÜDHİŞ HƏBS HƏYATA KEÇİRİLƏCƏK

GÖYÇAYDA MÜDHİŞ HƏBS HƏYATA KEÇİRİLƏCƏK


16-07-2012, 15:09
GÖYÇAYDA MÜDHİŞ HƏBS HƏYATA KEÇİRİLƏCƏK

VİDADİ İSGƏNDƏRLİNİ HƏBS ETDİRƏNİN ÖZÜ BU DƏFƏ HƏBS OLUNA BİLƏR

DİA.AZ: - Hazırda həbsdə saxlanılan hüquq-müdafiəçisi, İctimai Palatanın təhqiqət qrupunun rəhbəri olmuş Vidadi İsgəndərlinin həbsində müstəsna rol oynamış şəxslərdən birinin başı cəncəldədir. Bu barədə redaksiyamıza çox ilginc faktlar daxil olub. Belə ki, DİA.AZ-a Göyçaydakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, adıkeçən rayonunun Kommunal Təsərrüfat Birliyinin rəhbəri Loğman Əliyevin özü həbs təhlükəsi ilə üzləşib.

Kimdir Loğman Əliyev? Məlumatı verən mənbə bildirir ki, bu şəxs Vidadi İsgəndərliyinin həbsində müstəsna rol oynayıb və istintaq orqanlarına saxta ifadələr verərək, yalançı şahidlik edərək Vidadi İsgəndərlinin seçkilərə müdaxilə etməsini iddia edib. Və beləcə qondarma ittihamlarla tanınmış hüquq-müdafiəçisi məhbəsə atılıb.

Redaksiyamıza daxil olan məlumatlardan isə aydın olur ki, bu günlərdə Loğman Əliyevə qarşı yeni iddia irəli sürülüb: «O, tanınmış şəxslərdən birinin xanım qohumuna sataşmaqda ittiham olunur və konkret şikayət var və hüquq-mühafizə orqanları həmin şikayət üzrə cinayət işi açmağa hazırlaşır».

Mənbəmiz bildirir ki, özünün bu məsələdə suçsuz olduğunu iddia etsə də, Loğman Əliyevin əslində günahkar olması təsdiqlənib və iş üzrə araşdırma gedir.

Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt