Əsas Səhifə > Ölkə > GÖMRÜK SİSTEMİNDƏ KÜRD MONAPOLİYASI

GÖMRÜK SİSTEMİNDƏ KÜRD MONAPOLİYASI


16-07-2012, 14:55
GÖMRÜK SİSTEMİNDƏ KÜRD MONAPOLİYASI

“KÜRD ƏLİ” ƏTİN RÜŞVƏT QİYMƏTLƏRİNİ ARTIRIB

Azərbaycana Gürcüstandan gətirilən mal-qara və meyvə məhsullarının rüşvət hissəsində son həftədə artım baş verib.

Turan agentliyinə bu sahənin biznesi ilə məşğul olan mənbələrdən məlum olub ki, Gürcüstandan Azərbaycana mala qara gətirən “KAMAZ” yük maşınlarından alınan rüşvət 7 min dollardan 10 min dollaradək qaldırılıb. Belə ki, ötən həftəyədək mal-qara daşıyan KAMAZ sürücülərindən Azərbaycana keçəndən sonra 7 min dollar rüşvət alınırdısa, indi bu rəqəm 10 min dolara qaldırılıb. “Orta hesabla hər KAMAZ-da 30-35 iribuynuzlu mal gətirilir və bir baş mal üçünü 285-300 dollar rüşvət alınır”, - mənbə Turan-a bildirib.

Meyvə gətirən KAMAZ sürücülərindən isə hazırda 8 min dollara rüşvət alınır. Belə ki, ötən həftəyədək bu məzənnə 6 min dollar idi.

Maraqlıdır ki, rüşvət Gürcüstan-Azərbaycan sərhəddini keçdikdən sonra “Kürd Əli” adlandırılan şəxs tərəfindən alınır. “Gürcüstanda sərhəddi çox rahat və rüşvətsiz keçirik, Azərbaycan sərhəddində də problemimiz çox olmur. Ancaq sərhəddi keçdikdən sonra “Kürd Əli”nin qanunsuz dəstəsi ilə qarşılaşırıq. Bu dəstə Balakəndən başlayaraq Qazaxa qədər bütün sərhəd-keçid məntəqələrinə sanki gizli nəzarət həyata keçirir. Heç kim bu dəstəyə toxunmur və onlar himayə edilir. “Kürd Əli” dəstəsinə söz deyən bir daha bu sahənin biznesi ilə məşğul ola bilmir”, - mənbə Turan-a bildirib.

Bütün bunlar ondan xəbər verir ki, bu qruplaşma ilə hakimiyyətin ali eşelonları, daha dəqiq desək, kənd təsərrüfatı sahəsinə nəzarət edənlər arasında sıx əlaqələr var. Belə ki kənd təsərrüfatı məhsullarının istehsalat və fəaliyyət sahələrinə bu və ya digər formada “kürd qruplaşması” tərəfindən nəzarət olunur.

Belə görünür ki, yaxın zamanlarda Azərbaycanda ət və bir sıra meyvələrin qiymətlərində dəyişiklik baş verəcək.

Gürcüstandakı mal-qara biznesi ilə məşğul olan biznesmenlərdən biri Turan-a deyib ki, Ramazan öncəsi Gürcüstanın mal-qara bazarından ərəb tacirləri minlərlə mal-qara alaraq Gürcüstan limanları vasitəsi ilə ölkələrinə göndərir. Bu isə Gürcüstanda diri heyvanların qiymətinin artmasına səbəb olub.

Həm Gürcüstan bazarında qiymətlərin, həm sərhəddə rüşvət məzənnəsinin, həm də Ramazan bayramı müddətində ətə tələbatın artması qiymətlərə də təsir edəcək. Görünür, rüşvətin məzənnəsinin artırılması ət biznesi monopolistlərinin siyasətinin tərkib hissəsidir. Onlar az müddətdə daha çox gəlir əldə etmək istəyirlər.

Geri qayıt