Əsas Səhifə > Siyasət, Manşet > İRANMEYİLLİ PORTALLARIN DAHA BİR TƏXRİBATI

İRANMEYİLLİ PORTALLARIN DAHA BİR TƏXRİBATI


16-07-2012, 13:07
İRANMEYİLLİ PORTALLARIN DAHA BİR TƏXRİBATI

QARABAĞ SEYİD OCAQLARINDAN UYDURMA MƏLUMATA ETİRAZ GƏLDİ

DİA.AZ: - Bir müddət əvvəl belə bir məlumat yayıldı ki, Qarabağ Seyid Ocaqları İran İslam Respublikası İslam İnqilabının Böyük Rəhbərinə müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çıxış yolları göstərmələrini istəyib. Bu barədə yayılan xəbərin müəllifi olan islam-azeri.az-ın məlumatına əsasən, Qarabağ Seyid Ocaqlarının sədri Seyid Camal Əzimbəyli bir bəyanat yayıb.

Mənbənin iddialarına görə, bəyanatda Azərbaycan Respublikası xalqının Ayətullah Xameneiyə olan məhəbbəti (?!), İran İslam Respublikasının Qafqazdakı nüfuzlu mövqeyinə işarə olunaraq bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda gözəçarpacaq dərəcədəki səyləri (?!) Böyük Rəhbərin Azərbaycan xalqına olan bir hədiyyəsi kimi dəyərləndirilib.

Onu da bildirək ki, DİA.AZ olaraq bu məsələyə olduqca sərt bir reaksiya vermişdik ki, burada portalımız tərəfindən Seyid Camalın bir hədəf kimi seçilməsi sən demə, yanlış imiş. Bununla bağlı redaksiyamıza telefon açan hörmətli din nümayəndəmiz bildirdi ki, onun belə bir bəyanatı olmayıb və onun fikirləri ölkədəki iranmeyilli xəbər portalları tərəfindən öz maraqlarına uyğun şəkildə təhrif edilərək, ictimaiyyətə təqdim olunub.

Bu faktın açıq-aşkar ünvanına edilmiş təxribat kimi dəyərləndirən Seyid Camal DİA.AZ-a açıqlamasında onu da bildirdi ki, o, hər zaman vətənpərvər olub: «Bu portal tərəfindən mənim fikirlərim təhrif edilib ki, bununla da kimlərsə Azərbaycanın dini cameəsinin iradəsi ilə oynamaq fikrinə düşürlər. Amma yanılırlar. Mən bir daha vurğulayıram ki, Qarabağ probleminin həlli üçün hansısa kənar ünvandan kömək istəməmişəm. Əksinə, hər zaman olduğu kimi, bu dəfə də bildirirəm ki, biz Qarabağı öz qeyrətli oğullarvımızın sayəsində azad edəcəyik və bu bizim millətin bir şərəf borcudur».

Hər halda, bu hadisədən də aydın olur ki, fars-molla rejiminin Bakıdakı dayaqları özlərinin cılız maraqları naminə hətta Azərbaycanın tanınmış din adamlarının adına belə uydurma məlumatlar yazır, bununla sanki saxta rəy, qənaət formalaşdırmağa çalışırlar.

Geri qayıt