Əsas Səhifə > Cəmiyyət > BALAKƏNDƏ “FÖVQƏLADƏ REJİM” VƏZİYYƏTİ

BALAKƏNDƏ “FÖVQƏLADƏ REJİM” VƏZİYYƏTİ


14-07-2012, 14:17
BALAKƏNDƏ “FÖVQƏLADƏ REJİM” VƏZİYYƏTİ

KASIBSANSA, DEMƏLİ, BAŞIN QALMAQALDA OLMALIDIR

Ötən gün Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və onun müavini, YAP-ın rayon təşkilatının sədri, Azad Balayevin rayon sakinlərinə qarşı sərt mövqe tutması barədə məlumat vermişdik. Sözügedən məlumatda bildirilirdi ki, icra hakimiyyətinin başçısı İslam Rzayev və onun müavini Azad Balayev bir ailəni, azyaşlı uşaqlarla birlikldə küçəyə atıb və ya onların ağır vəziyyəti ilə maraqlanmayıb.

Daxil olan məlumatda qeyd olunurdu ki, Mir Cəlal küçəsi, ev 2 ünvanında yaşayan, 75 yaşlı Gəncəliyev Murtuz Hüseyin oğlunu, 7 nəfər ailə üzvü ilə birlikdə 25 il yaşadığı evdən çölə atılıb. Ev Azad Balayevin göstərişi ilə traktorla yerlə-yeksan edilib. Ail və azyaşlı uşaqlar hazırda küçədə, qurd-quşla birlikdə yaşamaq məcburiyyətində qalıb. Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev də, YAP sədri ilə birləşib ailəni dinləmir, onları qapıdan qovdurur.

Bu faktın araşdırılması səbəbi ilə Balakənə yollanan əməkdaşlarımız artıq qayıdıb və toplanan məlumatlardan istifadə olunaraq reportaj hazırlanır. Buna qədər isə qeyd edək ki, kasıb və təhsilsiz vətəndaşı belə bir vəziyyətə salmaqla torpaq əldə edib pul qazanmaq sadəcə insanlığa yaraşmaz.

Əlimizdə olan məhkəmə sənədlərindən sadəcə rüşvət iyi gəlir. Bu məhkəmə qərarlarının necə və kimin tapşırığı ilə verildiyi, nəticə olaraq İcra başçısı İslam Rzayevin nəzarətində olan rayon sakinini niyə və hansı səbəbdən müdafiə edə bilməməsi ciddi araşdırılmaqdadır. Öncə onu da qeyd edək ki, İslam Rzayev vəziyyətin bu həddə çatmasına imkan yaratmamalıdır. Əvəzində İslam Rzayev olanlara göz yumur, küçədə yaşayan azyaşlı uşağın taleyi ilə maraqlanmır.

Əlimizdə olan sənədlərdən də görünür ki, 25 il məlum ünvanda yaşayan vətəndaş Gəncəliyev Murtuz Hüseyin oğlunu avam bilib üzərinə gediblər və məhkəmə qərarını pulla alıb onun balalarını küçəyə atıblar. Hansı ki, məlum torpağa icra başçısı İslam Rzayev və YAP-ın rayon təşkilatının sədri, Azad Balayev əl qoyub. Bütün bunların fonunda qeyd edək ki, mövzu ətrafında geniş araşdırma yazısı hazırlanacaq və işıqlandırılacaq.

Qeyd edək ki, ailə icra başçısı İslam Rzayev və müavin Azad Balayevin özbaşınalığı ilə bağlı ölkə prezidenti İlham Əliyevə və ölkəmizdə fəaliyyət göstərən bütün diplomatik korpuslara müraciət edib.

Geri qayıt