Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ERMƏNİSTANIN XƏSTƏ ƏSGƏRLƏRİ

ERMƏNİSTANIN XƏSTƏ ƏSGƏRLƏRİ


14-07-2012, 13:59
ERMƏNİSTANIN XƏSTƏ ƏSGƏRLƏRİ

DÜŞMƏN ORDUSUNDA VƏZİYYƏT İLDƏN-İLƏ PİSLƏŞİR

Ermənistanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyası (HVA) növbəti dəfə bəyanatla çıxış edərək ordudakı vəziyyətin ildən-ilə pisləşdiyini və insan hüquqlarının pozulduğunu bildirib.
Ermənistan KİV-lərinin verdiyi məlumatda deyilir ki, təşkilatın budəfəki bəyanatı qeyri-sağlam gənclərin ordu sıralarına cağırılması ilə bağlıdır.

Təşkilat tərəfindən aparılan monitorinqdən sonra məlum olub ki, prezidentin gənclərin orduya çağırılması haqqındakı sərəncamı ilə silahlı qüvvələrin şəxsi heyətini formalaşdıra bilməyən hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərmək məcburiyyətində qalıblar.

HVA-nın Vanadzor ofisinin əməkdaşları Ermənistanın müxtəlif ərazilərində yerləşən bir sıra hərbi hissələrdə olduqdan sonra mətbuat nümayəndələrinə bildiriblər ki, xəstələr ordu sıralarında xidmət aparmağa cəlb olunublar və bununla da onların sağlıq vəziyyətləri daha da pisləşib. Ümumiyyətlə, orduda xəstələnən əsgər və zabitlər müalicə olunmaq imkanından məhrumdurlar. Hərbi xəstəxanaların yoxluğu və kadr çatışmazlığı ucbatından xəstələnən əsgər və zabitlərə müalicə olunmaq üçün xəstəxanaya getməyə icazə verilmir. HVA Ermənistanın Müdafiə Nazirliyini bununla bağlı təcili tədbir görməyə çağırıb.

Geri qayıt