Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “İRƏLİ” ŞAİRLƏRİMİZ ÜÇÜN “İRƏLİ” DEDİ

“İRƏLİ” ŞAİRLƏRİMİZ ÜÇÜN “İRƏLİ” DEDİ


14-07-2012, 13:56
“İRƏLİ” ŞAİRLƏRİMİZ ÜÇÜN “İRƏLİ” DEDİ

İMZATOPLAMA KAMPANİYASINA START VERİLİB

İranda həbsdə olan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə üçün imzatoplama kampaniyasına başlanılıb. Modern.az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyi bu kampaniyaya start verib. Birlik bütün dünya ictimaiyyətinə, QHT-lərə, insan hüquqları müdafiəçilərə və gənc fəallara müraciət edərək 2 aydan çoxdur İranda əsassız yerə ittiham olunaraq, saxlanılan gənc şairlərin azad olunmasına dəstək göstərməyə çağırıb.

Qeyd edək ki, azərbaycanlı şairlər 2012-ci il aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər ediblər. Lakin onlar tədbirdə iştirak etdikdən sonra mayın 2-də Azərbaycana qayıtmağa hazırlaşarkən İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən oğurlanıb saxlanılıblar.

Həmvətənlərimizə dəstək olmaq üçün bu linkə daxil olmaq lazımdır:

http://www.gopetition.com/petitions/demand-of-immediate-release-of-2-citizens-of-the-republ.html

Geri qayıt