Əsas Səhifə > Ölkə > MAŞINLAR ÜÇÜN TƏZƏ SERİYA: 99
MAŞINLAR ÜÇÜN TƏZƏ SERİYA: 9926-10-2011, 11:59 |
HARDA QEYDİYATDA OLMAQ ÖNƏMLİ DEYİL Azərbaycana idxal olunan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı verilir. Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük qeydiyyat nişanının alınmasında "bir pəncərə" sistemi tətbiqindən sonra ölkəyə idxal olunan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı verilir. Əliyev bildirib ki, bunun üçün Xocasən şossesində inşa olunmuş yeni inzibati binada ölkəyə daxil olan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, həm də dövlət qeydiyyat uçotu aparılır. İdarə sözçüsü qeyd edib ki, 99 kodu ilə başlanan yeni nömrə nişanları sahibinin harada qeydiyyatda olmasından asılı olmayaraq ölkəyə idxal olunan bütün nəqliyyat vasitələrinə verilir. Əliyevin sözlərinə görə, kimsə ölkəyə öz adına avtomobil gətirirsə, yeni kodla aldığı dövlət nömrə nişanı ilə avtomobilini idarə edə bilər. "Şəxs avtomobili başqa adama satarsa, alan şəxs daimi qeydiyyatda olduğu yerə uyğun kodla nömrə alır", o deyib. Geri qayıt |