Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISININ KABİNETİNDƏ MÜDHİŞ HƏBS
İCRA BAŞÇISININ KABİNETİNDƏ MÜDHİŞ HƏBS13-07-2012, 18:22 |
![]() DAHA BİR “KÜR” FƏALININ QOLLARINA QANDAL TAXDILAR DİA.AZ: - “Kür” Vətəndaş Cəmiyyəti Qərərgahının korrdinatoru Oqtay Gülalıyev Kürqırağı rayonlarda həbslərin davam etməsi barədə məlumat yayıb. DİA.AZ bildirir ki, onun “Facebook” səhifəsində yer alan aşıqlamasında deyilir: “Az öncə aldığım məlumata görə Saatlı rayonunda daha bir yerli ictimai fəal Mirabad Rzayev oğlu ilə birgə həbs olunub. Maraqlıdır ki, onu rayon Icra Hakimiyyətində Icra başçısının qəbul otağında həbs ediblər. Bölgədən verilen məlumata görə o həbs olunan zaman fiziki zorakalığa məruz qalib. M. Rzayev 2010- cu il Kur daşqinlarindan əziyyət çəkən, hazirda iddia sənədləri məhkəmə baxışında olan, "Kur" Vətəndaş Cəmiyyəti ilə yaxından əməkdaşlıq edən yerli ictimai fəaldır. Icra hakimiyyətinə də növbəti dəfə şikayətə gedibmiş. Deyəsən icra başçıslarına dünən "Vətənə xidmət" ordeninin verilməsi onların həmkarlarını əməlli başlı hərəkətə gətirib. Niyə də olmasin? Bu ölkədə orden- medalı adama elə- belə vermirlər ki”... Geri qayıt |