Əsas Səhifə > Güney Press / Manşet > HÜLYA AVŞARIN VİLLASINI MƏMURUMUZ ALDI

HÜLYA AVŞARIN VİLLASINI MƏMURUMUZ ALDI


13-07-2012, 17:22
HÜLYA AVŞARIN VİLLASINI MƏMURUMUZ ALDI

KƏRƏM HƏSƏNOVUN MÜAVİNİ DƏ NEFT PULLARINDAN PAYINI GÖTÜRÜB

DİA.AZ: - Bəzən sadəlövhcəsinə düşünürük ki, görəsən, illər uzunu gələcəyi və gələrək də həyatımızın şəklini dəyişəcəyi anons edilən bu ŞOĞƏRİB NEFT PULLARI hara xərclənir ki, hələ də güzəranımızda hansısa müsbətə doğru irəliləmə müşahidə olunmur. Və sonradan başımızı qaldırıb yuxarı baxdıqda, reallığın özü bizə gərəkən cavabı verir. Sadəcə olaraq bir fərqlə. Gözlədiklərimiz özünü doğruldur, amma dəyişən bizim yox, məmurlarımızın həyatıdır. Yəni bizə В«səbr edin, neft pulları ölkəyə daxil olanda həyatımız dəyişəcəkВ» deyildiyində əslində, onların HƏYATI nəzərdə tutulubmuş.

Bu gün ölkədə böyük ajiotajla aparılan inşaat işləri, dağıdılan yollar, qazılan quyular və hərəkətdə olan bütün yeniliklərdə yalnız bir məqsədin olması faktdır. GƏLƏN PULLARI MƏNİMSƏMƏK və BİR DAHA MƏNİMSƏMƏK… yolu ona görə asfaltlayırlar ki, bir daha qazacaqlar və sonra bir daha asfaltlayacaqlar və sonra bir daha qazacaqlar və … Və beləcə pullar silinəcək. Hansı pullar ki, kasıbların həyatını dəyişib, onların üzünü güldürməli olan pullar.

İndi aydın olur ki, gözlədiyimiz pullar bir qrupp məmur tərəfindən talan edilməkdədir. DİA.AZ-a daxil olan məlumatların birində də həmin talançıların bəlkə də ən xırda olanı barədə danışılır. Təbii ki, Ziya Məmmədov, Kəmaləddin Heydərov kimi iri akulaların yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Rafiq Cəlilov çox xırdadır, hətta onu В«kilkəВ» də hesab etmək olar. Amma bu xırdalıq heç də bizim obyektivimizin görüntüsü deyil. Dedik axı kimlər üçün xırdadır.

Məlumatlı mənbənin bildirdiyinə görə, bu günlərdə Rafiq Cəlilov Türkiyənin birinci ən böyük şəhəri olan İstanbulda özünə qiyməti nə az, nə çox düz 2 milyon dollara villa satın alıb. Alqı-satqının Türkiyənin məşhur əmlakçı şirkətlərinin birinin araçılığı ilə baş tutduğunu bildirən mənbəmiz maraqlı bir faktı da açıqladı:

Həmin villada bir zamanlar Hülya Avşar oturub. İndi isə azərbaycanlı məmur oturacaq. Nə deyirik, FƏXRİMİZDİR…

Onu da bildirək ki, redaksiyamızı Rafiq Cəlilovun yeni villasının ünvanını da əldə edib. Maraqlananların nəzərinə Zincirliquyu deyilən yerdə, keçmiş Qarayolları ərazisindəki “Zorlu Center” adlanan hissədə... Çətin də olsa, xatırlayın ki, yolunuz düşəndə müsafir ola biləsiniz...

Geri qayıt