Əsas Səhifə > Güney Press / Manşet > BAŞ NAZİRİN MÜAVİNİ VƏZİFƏDƏN ALINIR
BAŞ NAZİRİN MÜAVİNİ VƏZİFƏDƏN ALINIR13-07-2012, 16:53 |
![]() ASLAN ASLANOVUN YERİNƏ SÜRPRİZ BİR İSİM GƏTİRİLİR DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, nəqliyyat naziri Ziya Məmmədov 1 Mart Quba hadisələri zamanı mövqelərini itirmiş sabiq icra başçısı Rauf Həbibovu artıq görəvdən alınacağı ilə bağlı xəbərləri yayılan В«AzəravtoyolservisВ»in prezidenti Cavid Qurbanovun yerinə gətirməyə hazırlaşır. Xatırladaq ki, Rauf Həbibov nəqliyyat nazirinin adamı hesab olunur, Cavid Qurbanovun isə NN şefi ilə münasibətləri korlanıb ki, bu məsələdə də deputatın fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlaşması bir səbəb kimi göstərilir. В«Lakin Rauf Həbibov Cavid Qurbanovun yerinə keçməyə razılıq verməyib və bu məsələnin çox yubanacağından ehtiyatlanırВ» deyən məlumatlı qaynaq DİA.AZ-a bildirib ki, Qubanın keçmiş icra başçısı amma işsiz qalmayacaq və ona daha yüksək vəzifə təklifi edilib: В«Artıq belə bir təklif Rauf Həbibova edilib. Onu Nazirlər Kabinetinə gətirmək istəyirlərВ». Xatırladaq ki, Nazirlər Kabinetində kadr islahatlarının keçiriləcəyi ilə bağlı əvvəlcədən də məlumatlar vermişdik. Mötəbər mənbələrdən daxil olan informasiyaya görə, bu ilin sentyabr ayında NK strukturlarında həyata keçirilən islahatlar zamanı baş nazir Artur Rəsizadə ilə onun müavini Elçin Əfəndiyev də vəzifələrindən alınacaq. İndi isə aydın olur ki, NK-dakı dəyişikliklər nəticəsində həm də baş nazirin kənd təsərrüfatı məsələləri üzrə müavini Aslan Aslanov da vəzifəsini itirəcək. Bildirək ki, Aslan Aslanov bir zamanlar Şəmkir rayonuna rəhbərlik edib. İndii isə onun vəzifəsi ilə vidalaşmağa hazırlaşdığı söylənilir. Mənbəmizin məlumatlarından o da aydın olur ki, Aslan Aslanovun yerinə isə Qubanın devrilmiş başçısı gətirilə bilər: В«Bu barədə Rauf Həbibov edilən təklifə müsbət cavab veribВ». Geri qayıt |