Əsas Səhifə > Cəmiyyət > DEPUTATIN XALASI OĞLU KORRUPSİONER ÇIXDI

DEPUTATIN XALASI OĞLU KORRUPSİONER ÇIXDI


13-07-2012, 14:27
DEPUTATIN XALASI OĞLU KORRUPSİONER ÇIXDI

İMİŞLİDƏ HƏBSLƏR SERİYASI DAVAM EDİR

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən dünən Əsmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, deputat Əsabil Qasımovun doğma xalası oğlu Nazim Xəlilov başda olmaqla, mərkəzin 3 əməkdaşı saxlanılıb.

Bu barədə mia.az-a İmişlidən məlumat daxil olub. Məlumatda bildirilir ki, direktor Nazim Xəlilovun saxlanılmasının səbəbi mərkəzdə iri məbləğdə mənimsəmələr və digər korrupsiya əməlləri səbəb olub: «Direktor Nazim Xəlilovla bərabər, mərkəzin 3 əməkdaşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunaraq, hələlik İmişli Polis Şöbəsindəki müvəqqəti təcridxanada saxlayırlar. Yəqin bu gün barələrində məhkəmə qərarı çıxarılacaq. Ondan sonra Bakıya aparılacaqları gözlənilir. Bununla bərabər, mərkəzdə yoxlamalar davam etdirilir».

Məsələ ilə bağlı mərkəzin tabe olduğu nazirlik və Baş Prokurorluqdan hələlik münasibət öyrənə bilmədik.

Geri qayıt