Əsas Səhifə > Siyasət, Manşet > VAQİF AXUNDOV YENİ ƏLƏMƏLƏRƏ START VERƏCƏK
VAQİF AXUNDOV YENİ ƏLƏMƏLƏRƏ START VERƏCƏK13-07-2012, 13:39 |
HAKİMİYYƏTİÇİ KÜRD QRUPLAŞMASI MÜHAFİZƏ İŞİNİ ƏLƏ KEÇƏİRİB DİA.AZ: - Neçə müddətdir ki, Xüsusi Dövlət Mühaizə Xidmətinin rəisi Vaqif Axundovla XDMX-dən qovulan iki əməkdaşı - zabit Asif Lətifovla, gizir Seymur Əlicanov arasında bir qalmaqal yaşanmaqdadır. Bildirək ki, qanunsuz olaraq işdən atılan əməkdaşlara rəsmən qondarma ittihamlar sürülsə də, qeyri rəsmi olaraq XDMX rəhbərliyi konkret olaraq Asif Lətifovu Milli Təhlükəsizlik Nazirliyinin «şpionu» adlandırıb. Mətbuata verdiyi açıqlamalarında da bu məsələyə diqqət ayıran Asif Lətifovun günü bu gün də XDMX rəhbərliyinin sifarişi əsasında təqib olunması bir faktdır. Onu da qeyd edək ki, sözügedən qalmaqala münasibət bildirən Milli Qvardiyanın yaradıcılarından olan, uzun illər XDMX-də yüksək vəzifə tutan, Qarabağ döyüşlərində göstərdiyi şücaətlərə görə Milli Qəhrəman adına layiq görülməsi üçün haqqında təqdimat verilən (təqdimat bu günə qədər təsdiqlənməyib-red.) polkovnik-leytenant Əzizağa Süleymanov da Vaqif Axundovun XDMX-də yaratdığı özbaşına mühitlə əlaqədar mətbuata açıqlama vermişdi. Onun sözlərindən belə aydın olurdu ki, doğrudan da son 10 ildə V.Axundov bu sistemdə peşəkarları vəzifədən uzaqlaşdırır: “Qarabağ müharibəsində iştirak edən, mühafizə işini yüksək səviyyədə bilən adamları növbə ilə işdən azad edirlər. Əvəzində Axundov bu vəzifələrə qeyri-peşəkarları, mühafizə, təhlükəsizlik işini mükəmməl bilməyən adamları gətirir. Öz qohumlarını ən mühüm vəzifələrə yerləşdirib. Bu sistemdəki neqativ hallarla mübarizə aparmaq istəyən şəxsləri isə Asif Lətifov, Seymur Əlicanov kimi müxtəlif bəhanələrlə işdən çıxarırlar. Onlar bu sistemdə 20 ilə yaxın qulluq edib. İndi onları xidmətə yarasız elan edərək sistemdən uzaqlaşdırıblar. Bu, zabit şərəfinə hörmətsiz yanaşmaqdır. Bu adamlar orada can qoyub. İndi niyə lazımsız bir əşya kimi kənara atılmalı, hətta pensiyaya çıxmaq hüquqları da əlindən alınmalıdır? Hətta fərarilik etmiş adamlar bu gün XDMX-də yüksək vəzifələrə çəkilib. Axundov məni də peşəkar kadr olduğum və kiməsə boyun əymədiyim üçün bəhanə ilə vəzifədən azad etmişdi. Peşəkarları işdən azad edib, hətta digər qurumlarda qulluq edib təqaüdə çıxmış adamları hansısa şərtlərə görə yenidən xidmətə qaytarırlar. Məsələn, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı Elşad Fərəcov təqaüddə olduğu halda yenidən xidmətə bərpa edilib. Bu gün orada elə vəziyyət yaranıb ki, aşağıdan yuxarıya doğru kiməsə şikayət etmək mümkün deyil. Vaqif Axundovun qəbuluna düşməyə imkan verilmir. Keçmiş döyüşçülər, qvardiyaçılar olaraq şəhid qardaşımız Əfqan Hüseynovun xatirəsini yad etmək üçün onun qvardiyanın həyətindəki abidəsini ziyarət etməyimizə imkan verilmir”. Qeyd edək ki, Əzizağa Süleymanovun bu açıqlamasını təsadüfi olaraq xatırlatmadıq. Yuxarıda sadalanan faktlar içində hər halda diqqətçəkəni Zakir Fərəcovun qohumu ilə bağlı olan məqamdır. Çünki əldə etdiyimiz məlumatlardan da aydın olur ki, əslində XDMX-də kürd qruplaşması çox ciddi şəkildə möhkəmlənib və sözügedən iqtidardaxili komandanın üzvü olan Zakir Fərəcovun qohumunun da yenidən irəli çəkilməsi məhz bu məqamla bağlıdır. Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyalara görə, hakimiyyətiçi kürd qruplaşması tam olaraq prezidentin mühafizə xidmətini ələ keçirib. Mənbəmiz iddia edir ki, Vaqif Axundov yenidən kadr islahatları həyata keçirmək niyyətindədir: «Bu «islahatlar» nəticəsində işlərini itirən XDMX əməkdaşlarının yerinə kimlərin gətiriləcəyi məlumdur. Birbaşa olaraq Vaqif Axundovun nəzarəti altında kür əsilli bir neçə xüsusi kadr hazırlanıb». Bu gün çox mühüm bir mövqedə kürd qruplaşmasının hökmranlıq etməsinin əslində ölkədəki ictimai-siyasi mühitə birbaşa təsir etdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, Vaqif Axundovun MTN rəhbərliyi ilə qovğasının kökündə də bu məqam dayanır: «Çünki XDMX rəisinin sözügedən fəaliyyəti ilə bağlı MTN tərəfindən əldə olunan konkret materiallar prezidentin diqqətinə çatdırılıb ki, bundan da Vaqif Axundov xəbər tutub. Ona görə də Axundov bir nəfəri MTN-nin «şpionu» kimi işdən uzaqlaşdırmasına baxmayaraq, hələ də idarəsində MTN-nə işləyən şəxsin varlığına inanır, onun axtarışı ilə məşğuldur». Bəli, bu bir faktdır ki, rəsmi dövlət qurumlarımızdan biri və həm də xüsusi missiyası olan bir xidmət bu gün işini-gücünü buraxıb, digər bir dövlət orqanının casusunu axtarmaqla məşğuldur. Mövzu diqqətimizdədir. Bizi izləməkdə davam edin… Geri qayıt |