Əsas Səhifə > Siyasət, Manşet > HADI RƏCƏBLİNİN OĞLU MİLLƏTƏ FIRLDAQ GƏLİR

HADI RƏCƏBLİNİN OĞLU MİLLƏTƏ FIRLDAQ GƏLİR


13-07-2012, 12:15
HADI RƏCƏBLİNİN OĞLU MİLLƏTƏ FIRLDAQ GƏLİR

«DNS COMPUTERS» VƏ «CİBER SPACE» KİMİ FİRMALARIN ÇİN MALI SİYASƏTİ

DİA.AZ: - Azərbaycan kimi ölkələrdə «dövlət standartı» anlayışının olmaması nəhayətdə istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Elə buna görə də, bu gün Azərbaycan bazarlarında saxta mallar orijinallardan daha çoxdur. Doğrudur, bunu daha çox əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə izah edirlər.

Yəni bildirilir ki, məsələn, cibində 10 manatı olan vətəndaş da qonşusu kimi 500 manatlıq «Adidas» idman gödəkçəsi geyinmək arzusunu gerçəkləşdirə bilər. Sadəcə olaraq 10 manata alınan məhsulun ömrü qısa olacaq.

Amma kimin necə əsaslandırmasından asılı olmayaraq, bazarlar üzərində dövlət standartı anlayışının tətbiqi labüddür. Bu, elə həm vətəndaşların cibinə mənffətlidir, həm də sağlamlığına. Hər halda saxta məhsulların sağlığımız üçün də bir təhlükə mənbəyi olduğunu hər kəs bilir.

«Saxta mal» deyəndə də bu gün yada ilk olaraq Çin məhsulları düşür. Bu ölkənin dünyadakı imici o hala düşüb ki, hətta bəşəriyyət Çin dövlətini böyük bir surətçıxarma maşınına bənzədirlər. Elə bir məhsul ola bilməz ki, onun Çin variantı olan anoloqu olmasın.

Orijinalı ilə müqayisədə çox ucuz və keyfiyyətsiz olan çin mallarının əsas alıcıları isə Azərbaycan kimi ölkələrin vətəndaşları olur. Bu ona görə deyil ki, Azərbaycan əhalisi məhz maddi imkansızlıq səbəbindən çin mallarına üstünlük verir. Bu, ona görədir ki, Azərbaycanda bazarlar üzərində nəzarət mövcud deyil və dövlət standartı anlayışı ümumiyyətlə yoxdur.

Bu gün ölkənin bilgisayar bazarında da anoloji mənzərə hökm sürməkdədir. Saxta brendlər altında kompüter texnikasına artıq vərdiş etmiş olan bizlər, bu durumun nə zaman düzələcəyini ağlımızın ucundan belə keçirmirik.

Apardığımız araşdırmalar nəticəsində müəyyən etdik ki, bu gün paytaxt Bakıda kompüter avadanlıqlarının satışı ilə bir neçə şirkət məşğul olur və onların əksəriyyəti məhz çindən gətirilən ucuz və keyfiyyətsiz mallara üstünlük verirlər. DİA.AZ əməkdaşları ilə söhbətində həmin satış mərkəzlərindən birinin nümayəndəsi bunu belə əsaslandırdı ki, yaranmış vəziyyət alıcının istəyinin nəticəsidir: «Alıcı billə-bilə ki, biz ona çin malını məşhur brend altında sırıyırıq, yenə də göz yumur. Çünki o, bu həqiqəti bilmək istəmir».

Araşdırmalarımız nəticəsində onu da öyrənə bildik ki, Bakının bilgisayar bazarında guya ki, normal imicə malik olan «DNS compüters» və «Ciber Space» kimi satış şəbəkələri var ki, onlar da satışa məhz çin mallarını çıxarırlar. Halbuki həmin satış ünvanlarının reklamlarında orijinal firma brendlərindən istifadə olunur.

Onu da qeyd edək ki, «Ciber Space» kompüter satışı şəbəkəsi YAP-çı millət vəkili Hadı Rəcəblinin oğlu tərəfindən yönəldilir. Deməli, YAP-çılar da dövlət standartı yoxluğunun «dadını çıxarmaqla» məşğuldurlar…

Geri qayıt