Əsas Səhifə > Gündəm, Manşet > YAP DAXİLİNDƏ YENİ GƏRGİNLİK OCAĞI YARANIB

YAP DAXİLİNDƏ YENİ GƏRGİNLİK OCAĞI YARANIB


13-07-2012, 12:01
YAP DAXİLİNDƏ YENİ GƏRGİNLİK OCAĞI YARANIB

MEHDİYEV-ƏHMƏDOV QARŞIDURMASINDAN KİMİN QALİB ÇIXACAĞI BƏLLİDİR

DİA.AZ: - Hələ xeyli əvvəldən məlumat verərək bildirmişdik ki, hakim Yeni Azərbaycan Partiyasına nəzarət rıçaqlarının ələ keçirilməsi uğrunda iqtidariçi qüvvələr arasında mübarizəyə start verilib. Bu əsnada daha çox diqqətçəkəni isə YAP-ın icraçı katibi Əli Əhmədovun hədəfə alınması oldu.

Xatırladaq ki, yerli mətbuatda hakim partiyada rəhbər dəyişikliyinin baş verəcəyini söylənilirdi və hətta qeyd olunurdu ki, hətta prezident İlham Əliyev də YAP-ın sədri postundan getməyə hazırlaşır. İlham Əliyevin bu addımının həm də Azərbaycanda maraqlı olan beynəlxalq qüvvələrə jest olduğunu bildirən mötəbər mənbələr vurğulayırdı ki, bu yolla o, Azərbaycanda hansısa siyasi qüvvənin yox, konkret bir ideologiyanın hakim olduğunu da nümayiş etdirmiş olacaq.

Və bütün bunlara paralel olaraq YAP-ın daxilində də bir gərginlik atmosferinin yaşandığı söylənilirdi. Bildirilirdi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hələ son parlament seçkilərində «badalaq vurmağa» çalışdığı, lakin mane ola bilmədiyi YAP-ın icraçı katibi Əli Əhmədovun onun yerinə ən şanslı aday olmasını heç cürə həzm edə bilmədiyindən YAP-ın aşağıdan yuxarıya doğru ələ keçirilməsi prosesinə start verilib. Nəticədə hakim partiyanın yerli rayon təşkilatları yerli icra strukturlarının təsiri altına düşüb.

Bu barədə verilən məlumatlarda bildirilirdi ki, YAP-ın strukturlarında dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur və bundan sui-istifadə edən bəzi qüvvələr artıq partiyanın yerli rayon təşkilatlarını öz kontrolları altına almaqdadırlar. Belə bir təəssürat yaranmış olur ki, necə ki, rayonlara nəzarət ayrı-ayrı məmurlar arasında paylaşdırılıb, eləcə də YAP-ın yerli təşkilatları bu paylaşıma müvafiq şəkildə parçalanıb.

DİA.AZ-a daxil olan son məlumatlara görə, YAP-da yaranmış bu durumun ümumiqtidar maraqları açısından heç də ürəkaçan hesab olunmadığı bildirilir. Bu barədə danışan mənbənin söylədikləri:

«Artıq YAP iqtidarının üst düzəyi də yaranmış gərginlikdən narahat olduğunu ifadə edib. Və hətta Əli Əhmədova qarşı mətbuata ötürülən kampramat xarakterli məlumatların da məhz bu xəbərdarlıq nəticəsində aradan qalxması faktdır».

Mənbə bildirir ki, Əli Əhmədov bu gün hakimiyyətin yüksək postlara potensial namizədlərindən biridir: «Onun baş nazir, PA rəhbəri və digər postlara gətirilməsi haqda siyasi kuluarlarda söhbətlər dolaşır. Amma son qərarı prezident verəcək».

Mənbə bildirir ki, yaxın günlərdə Əli Əhmədovun karyera yüksəlişinə şahidlik edəcəyik: «Doğrudur, onun yüksəlişinə mane olmaq istəyənlər çoxdur. Amma bu dəfə onların iradəsi rol oynamayacaq».

Onu da xatırladaq ki, Əli Əhmədov eyni zamanda YAP-ın sədri postuna da əsas namizəd kimi nəzərdə tutulub.

Geri qayıt