Əsas Səhifə > Güney Press / Manşet > BAKIDA PKK ÜÇÜN PUL YIĞILAN BANK HESABI

BAKIDA PKK ÜÇÜN PUL YIĞILAN BANK HESABI


12-07-2012, 16:18
BAKIDA PKK ÜÇÜN PUL YIĞILAN BANK HESABI

TERROR YANDAŞLARI LAP AĞINI ÇIXARTDILAR…

DİA.AZ: - Son zamanlar qardaş Türkiyədə terror təşkilatı olan PKK-nın tərəfdaşları xüsusi fəallıq nümayiş etdirirlər. Rəsmi Ankaranın hədsiz loyallığı bu kimi qüvvələri hətta o qədər arxayın salıb ki, hətta PKK yandaşları artıq açıq fəaliyyətə keçərək, Türkiyə şəhərlərində В«Kürdüstan dövlətiВ» adına pul da yığırlar.

Onu da bildirək ki, Türkiyədən bir çox ideyalarla yanaşı, PKK ideologiyası da ixrac olunmaqdadır. Bu gün hətta bölücü kürdlərin paytaxt Bakıda, Sumqayıtda, Gəncədə və bir sıra rayonlarda çox ciddi şəkildə təşkilatlandıqları da məlumdur. Onların hətta bu gün Azərbaycanda yeni təriqət kimi şəbəkələşən nurçu-fətullahçılarla da sıcaq təmaslarının olduğu və əksər hallarda ortaq çalışdıqları bir faktdır.

Təbii ki, rəsmi Bakının bu məsələdə ən azından icazəsi olmadan hansısa addımın atılması qeyri-mümkündür. Yerli mətbuatda yazılanlar da təsdiqləyir ki, məhz hakimiyyətin ayrı-ayrı simalarının dəstəyi ilə bu gün Azərbaycanda sayları 20 mindən artıq olmayan yerli kürd əhalisi gəlmələr hesabına saylarını 100 minə qədər çıxarıb.

Xatırladaq ki, bir ara qəzetlərimiz bu məsələnin üzərinə yeridiyindən kürdlərin İran və Türkiyədən Azərbaycana köçürülməsi prosesinə ara verilmişdi. Lakin DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, son bir ayda Türkiyə istiqamətindən Azərbaycana 500-dən artıq kürd əhalisi köçürülüb.

Onların bu dəfə Aran rayonlarına yerləşdirildiyini bildirən qaynağın sözlərinə görə, yerli əhaliyə gəlmə kürdlər işçi kimi təqdim olunur: В«Elə Türkiyənin özündə də sənaye baxımından az inkişaf etmiş bölgələrdə yaşayan kürdlər əkin-biçin sezonu vaxtı türklərin yaşadıqları ərazilərə köç edər və çox ucuz işçi qüvvəsi kimi xidmətlərini təqdim edərlərВ».

Azərbaycana köçürülən kürdlərin də bu məqsədlə gəlməsi yerli əhaliyə təlqin olunsa da, artıq İmişli rayonu ərazisində onlar üçün yeni yaşayış yerlərinin salınmasına da start verilib. Bu barədə danışan mənbə bildirir ki, yenə də bu yaşayış massivini salanlar guya ki, yeni evlərin Bakıda yataqxanalarda yaşayan Qarabağdan köçkün düşmüş soydaşlarımız üçün tikildiyini bildirirlər:

В«Amma bu yalandır. Çünki hazır olan evlərə Türkiyədən gəlmə kürdlər köçürülübВ».

Onu da xatırladaq ki, bir neçə gün əvvəl redaksiyamızın elektron poçtuna В«Qazaxa çoxlu sayda kürd ailələri köçürülürВ» həyəcanlı xəbəri də daxil olmuşdu. Buna izahat verən mənbəmiz bildirir ki, əslində onların Qazaxda məskunlaşdırılması nəzərdə tutulmur: В«Türkiyədən yön alan bu köç Qazax rayonunda, sadəcə olaraq, istirahət üçün əylənirВ».

Bu işə kimlər və necə rəhbərlik edir? Hər halda bu sualların cavabı verilməlidir…

Xatırladaq ki, bir neçə gün əvvəl kürdlərin Azərbaycanda ciddi şəkildə təşkilatlanmaları barədə də məlumatlar vermişdik. DİA.AZ-ı bilgiləndirn qaynaq onu da iddia edir ki, iki gündür ki, Bakıda və digər iri şəhərlərimizdə özünü kürd hesab edənlərdən qardaş Türkiyədə olduğu kimi, В«Kürdüstan dövlətiВ» adına fond yaradılaraq pul yığılmaqdadır. Mənbəmiz iddia edir ki, həmin fondun bank hesabı da var. В«Bank of AzərbaycanВ»da açılan bank hesabı Azərbaycan vətəndaşlarından birinin adına olsa da, kürd əsillilərə həmin hesab В«Kürdüstan Dövlətinin Quruculuğuna Yardım FondununВ» bank hesabı kimi təqdim olunur.

Təbii ki, Bakıda yığılan pulların hansı mərama xidmət edəcəyini təxmin etmək o qədər də çətin deyil. Pulların PKK-ya çatacağı şübhəsizdir. PKK-nın isə az qala hər gün bir türkün qanını tökməsi də faktdır. Deməli, türk ölkəsi Azərbaycanda türk düşmənləri üçün pul yığılır ki, canımıza rahatcasına qıya bilsinlər…

Geri qayıt