Əsas Səhifə > Hadisə, Manşet > SƏHİYYƏ NAZİRLİYİNDƏ ŞOK İXTİSARLAR PLANI
SƏHİYYƏ NAZİRLİYİNDƏ ŞOK İXTİSARLAR PLANI12-07-2012, 15:08 |
OQTAY ŞİRƏLİYEV 2-3 YERDƏ İŞLƏYƏN HƏKİMLƏRİ TƏSBİT EDİB DİA.AZ: - Əksər hallarda ayrı-ayrı vətəndaşlar etdikləri şikayətləri zamanı bir məsələdən də giley-güzar edirlər ki, onlara dövlət xəstəxanalarına müraciət etdikdə başdansovdu müalicə yazılır, başdansovdu müayinənin qurbanı olurlar. Məsələn, bu günlərdə qəzetlərin birində yer alan faktdan da aydın olurdu ki, bir həkim həm özəl klinikada çalışır və həm də dövlət klinikasında. Məlumatda deyilirdi: «Dövlət xəstəxanasında iki-üç saat otursa da, qalan vaxtını özəl klinikada keçirir. Amma dövlət xəstəxanasında oturması da səbəbsiz deyil. Bu zaman oraya gələn xəstələri müştəri kimi özəl klinikaya cəlb edir və ikinci iş yerində xəstədən, xəstə yaxınlarından rahatlıqla pul qazanır». Bildirək ki, bu kimi həkimlərin sayı yetərincədir. Və bu işdən səhiyyə nazirliyinin də xəbərdar olması artıq aydın olur. SN-dəki məlumatlı mənbələrdən DİA.AZ-a verilən xəbərə görə, birbaşa olaraq nazir Oqtay Şirəliyevin göstəriişi əsasında 2-3 yerdə işləyən həkimlərin müəyyən olunması üçün nazirlik tərəfindən araşdırmalara başlanılıb və həmin həkimlərin siyasıhı hazırlanmaqdadır. Mənbəmiz bildirir ki, hazırlanan siyahı əsasında nazir tərəfindən ciddi kadr islahatı, kadr ixtisarları həyata keçiriləcək: «Hələlik, təkcə paytaxt xəstəxənalarında təxminən 200-dən artıq belə həkimin fəaliyyəti aşkarlanıb ki, onların barəsində sərt ölçü götürüləcək». Amma cəzadan öncə nazirlik tərəfindən həmin həkimlərə seçim təklifinin edilcəyini də bildirən mənbəmiz qeyd edir: «Həmin həkimlərə seçim şansı tanınacaq. Ya dövlət xəstəxanasında fəaliyyətiini davam etdirməlidir, ya da özəl klinikada. Bu seçimdən asılı olaraq qərar veriləcək. Yəni ola bilsin ki, nazirliyin təsbit etdiyi bütün bir neçə işə sahib olani həkimlər vəzifələrindən uzaqlaşdırılmasın». Bu addımın əslində yeni kadrların işə götürülməsi üçün ciddi əhəmiyyət də daşıyacağını bildirən mənbəmiz onu da vurğuladı ki, digər tərəfdən xəstələrin də canını xəstəxanalar arasında qalmaqdan qurtulmuş olacaq. Geri qayıt |