Əsas Səhifə > Hadisə > 18 YAŞLI GƏNC GÖLDƏ BOĞULDU
18 YAŞLI GƏNC GÖLDƏ BOĞULDU12-07-2012, 14:46 |
MƏRHUMUN CƏSƏDİNİ SAKİNLƏR TAPIB ÇIXARIB Cəlilabadda 18 yaşlı gənc göldə batıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü İbrahim Baloğlan oğlu Məmmədov Cəlilabad rayonu ərazisində göldə çimərkən batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb olunublar. Məmmədovun cəsədi vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb. Bakı şəhəri, Xəzər və Suraxanı rayonları ərazisində isə dənizdə ("Sahil-1" və "Hövsan" sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Geri qayıt |