Əsas Səhifə > Cəmiyyət > SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ KORRUPSİYA DALĞASI

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ KORRUPSİYA DALĞASI


11-07-2012, 14:31
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ KORRUPSİYA DALĞASI

REKTOR NADİR QƏHRƏMANOV HAQDA İLGİNC FAKTLAR

Sumqayıt Dövlət Universiteti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin diqqətini cəlb edib. Bu haqda xəbəri “Unikal” qəzeti yayıb. Qəzetin yazdığına görə, buna səbəb universitetin idarə olunmaz həddə gəlib çatmasıdır. Belə ki, verilən məlumatda bildirilir ki,universitetdə 6 minə yaxın tələbə təhsil alır.Qeyd olunur ki, 6 min tələbə sadəcə olaraq universitetdə özbaşınalığın, rüşvətxorluğun, maliyyə yeyintilərin girovuna çevrilir, universitetdə bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir.

Nəinki dekanlar, kafedra müdirləri və müəllimlər, hətta laborantlar da rüşvətlə təyin olunurlar. Tələblərin əksəriyyətindən diplom işlərinə və buraxılan dərs saatlarına görə rüşvət alınır. Bu sahə də daha çox aktivlik göstərən isə İqtisadiyyatın İdarəolunması fakultəsinin dekanı Kamil Abdullayevdir. Nəzərinizə çatdıraq ki, dekanın oğluda həmin fakültədə təhsil alır və il ərzində bir neçə dəfə dərsə gəlsədə qiymətləri yazılır. Özü isə universitetə arada bir 70 min manatlıq maşında gəlir və həmin an universitet həyəti “avtoşların” meydanına çevrilir.Amma nədənsə, tələbələrə qan udduran Nadir Qəhrəmanov bunları “görmür”. Mənbə bunu da bildirir ki, semestr imtahanlarında fakültələrdən asılı olaraq hər tələbədən 150-200 manat tələb olunur.

Bundan başqa, rektor Nadir Qəhrəmanov qardaşı Rəşid Qəhrəmanovu kimya kafedrasına müdir təyin edib. Universitetdə gəlir mənbəyinə çevrilən sahələrdən biri də, müxtəlif universitetlərdən, xüsusən də Rusiyada fəaliyyət göstərən təhsil müəssisələrindən SDU-ya qanunsuz tələbə köçürmələrinin aparılmasıdır. Həmçinin universitetin ərazisi zəbt olunub, orada çoxmərtəbəli binalar tikilir, sexlər inşa olunur, SDU-nun arxasındakı yaşıllıq məhv edilərək yerində özəl tibb mərkəzi tikilib. Məlumatda həmçinin bildirilir ki, universitetdən qazandığı pullar hesabına N.Qəhrəmanov Saray-Sumqayıt yolunun kənarında üçmərtəbəli “Yetər” şadlıq evi tikdirib.Yazıda adı keçən şəxslərində münasibətin cap etməyə hazırıq.


Geri qayıt