Əsas Səhifə > Hadisə > YAVƏR CAMALOVUN ANALOQSUZ SİLAHI PARTLADI

YAVƏR CAMALOVUN ANALOQSUZ SİLAHI PARTLADI


25-10-2011, 15:34
YAVƏR CAMALOVUN ANALOQSUZ SİLAHI PARTLADI

“İSTIQLAL”IN PARTLAMASI NƏTİCƏSİNDƏ 2 HƏRBİ QULLUQÇU YARALANIB

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik-leytenant Aslan Aslanovun rəhbərliyi ilə keçirilən atəş hazırlığı üzrə təlim-məşq zamanı Azərbaycanın milli istehsalı olan “İstiqlal” snayper tüfəngi partlayıb və nəticədə hərbi qulluqçulardan biri ağır yaralanıb. Hərbi mənbələrdən “Milaz”a verilən məlumata görə, hadisə bir həftə əvvəl Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların təlim kursunda baş verib.

Hadisə nəticəsində iki hərbi qulluqçu: kiçik çaviş Tağıyev Nicat Kazım oğlu və əsgər Rəhimli Rahib Sahib oğlu müxtəlif səpkili qəlpə yaraları alıblar. Onların hər ikisi müddətdən artıq hərbi xidmət hərbi qulluqçularıdır.
Hadisə “İstiqlal” snayper tüfənginin içində mərminin partlaması nəticəsində baş verib. Onlar müalicə üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitala aparılıblar.
Qeyd edək ki, TTM-də partlayan snayper tüfəngi Azərbaycanın ilk milli silahıdır. Müdafiə sənayesi naziri Yavər Camalov Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İDEX-2011 sərgisində silahın təqdimetmə mərasimində silahı bir xeyli tərifləmişdi: “Aparılan tədqiqatlar da göstərir ki, bu silahın anoloqu yoxdur. CAR-da buna bənzər bir silah var. Amma atış məsafəsi 2 min metrdir. Ancaq İST 14.5 tüfəngi 2500 metrdə istənilən hədəfi məhv etmək qabiliyyətinə malikdir”.


Geri qayıt