Əsas Səhifə > Siyasət, Manşet > AYAZ MÜTƏLLİBOV SÖZÜNDƏN DÖNƏ BİLƏR
AYAZ MÜTƏLLİBOV SÖZÜNDƏN DÖNƏ BİLƏR11-07-2012, 13:56 |
O, YAXINLARINA «GƏLƏN İLKİ SEÇKİLƏRƏ HAZIRLAŞIN» TƏLİMATINI VERİB DİA.AZ: - Artıq 20 illik həsrətinə son qoyaraq Azərbaycanda yaşamaqda olan keçmiş dövlət başçısı, müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun hansı şərtlərin müqabilində vətənə dönmə fürsəti əldə etdiyi hər kəsə məlumdur. Təbii ki, siyasi fəaliyyətdən imtinasının müqabilində o, Azərbaycanda yaşama hüququ əldə etdi. Məlumatlara görə, bu barədə anlaşma rəsmi Bakı ilə sabiq dövlət başçısı arasında hələ keçən ilin ortalarında əldə edilib və parlamentdə eks-prezidentlərə güzəştlər verən qanunun qəbulundan sonra Ayaz Mütəllibov da siyasətdən getdiyini elan etdi ki, bu da tərəflərin əldə etdiyi anlaşmaya qarşılıqlı riayəti kimi qəbul olundu. Amma onu da bildirək ki, uzun müddət müxtəlif vəzifələrdə çalışmış bir şəxs kimi Ayaz Mütəllibov yenidən hansısa dövlət qulluğunda çalışa biləcəyini şəxsən bəyan edib və hələ Moskvada olarkən bu barədə yerli Azərbaycan mətbuatına açıqlama verən keçmiş prezident bildirmişdi ki, o, hakimiyyətin vəzifə təklifinə müsbət cavab verə bilər və kiçik dövlət qulluğunu icra etməyə hazırdır. Amma bunlar heç də hamısı deyilmiş. DİA.AZ-a məlumatlı dairələrdən ötürülən informasiyalardan aydın olur ki, hələ də hakimiyyətin xüsusi nəzarəti altında saxlanılan keçmiş prezident iki gün əvvəl özünə dost bildiyi şəxslərin çevrəsində 2013-cü il prezident seçkilərini müzakirə edib: «Tərəfdarları Ayaz Mütəllibova «nədən seçkilərdə namizəd olmayasınız, sizin Azərbaycanda böyük nüfuzunuz var, bunu dəyərləndirin» təklifini edib və keçmiş prezident «mən artıq siyasətdən getmişəm, axı» desə də, sonrakı müzakirələr boyunca razı ola biləcəyini də istisna etməyib. Hətta tərəfdarlarına dolayı yolla «siz seçkilərə hazırlaşın, arxasına baxarıq, bəlkə özüm namizəd oldum, bəlkə də kiməsə dəstək verdim» fikrini də işlədib». Elə bu olaydanca aydın olur ki, artıq Ayaz Mütəllibov YAP iqtidarına verdiyi sözü münasib şəraitdə poza biləcəyini hiss etdirməyə başlayıb. Geri qayıt |