Əsas Səhifə > Güney Press / Manşet > RUSİYADA AZƏRBAYCANA QARŞI TƏXRİBAT
RUSİYADA AZƏRBAYCANA QARŞI TƏXRİBAT10-07-2012, 15:56 |
![]() SEPARATÇILAR AZƏRBAYCAN SƏFİRLİYİNİ HƏDƏFƏ ALIBLAR DİA.AZ: - Məlum olduğu kimi, bir müddət əvvəl В«Tolışi SədoВ» qəzetinin baş redaktoru Hilal Məmmədov yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub və ona qarşı В«vətənə xəyanətВ» ittihamı səsləndirilib.\ Amma məsələ ondadır ki, bu olaydan bəzi qüvvələr sui-istifadə etməyə çalışırlar. Bir yandan qrant dəllalları ortaya düşüblər və ənənəvi tövrlərini sərgiləyərək etdiklərinin, pul naminə söylədikləri yalanların Azərbaycanın mili dövlətçilik maraqları üçün hansı formada təhlükə hesab olunmasını belə nəzərə almadan Hilal Məmmədovun məhz qeyri-türk olması səbəbindən həbs edildiyini iddia edirlər, bir yandan da Azərbaycanı hər zaman içindən qarışdırmağa çalışan təhlükəli qüvvələr yaranmış gərginliyin dozasını süni şəkildə artırmağa çalışırlar. İndi isə belə bir В«süni mayalanmaВ» xəbərini Rusiyadan almışıq. Moskvada yaşayan soydaşlarımızdan birinin DİA.AZ-a verdiyi xəbərdən belə aydın olur ki, Rusiya paytaxtında Azərbaycan səfirliyinin binasına hücum gözlənilir. Hücumu təşkil edəcək şəxslərin başında Azərbaycanda da kifayət qədər yaxşı tanınan şəxsin - Fəxrəddin Aboszadənin dayandığını bildirən soydaşımız onu da əlavə etdi ki, onlar, yəni Rusiyada yaşayan azərbaycanlılar bu hücumun qarşısını alacaq və hücum etmək istəyənləri yerində oturdacaqlar. ![]() Ən dəhşətli olanı isə odur ki, səfirliymizə qarşı təxribatların maliyyələşməsində yenə də ermənilər fəallıq nümayiş etdirir. Və çox güman elə Azərbaycanın Rusiyadakı elçiliyinin hədəfə alınması ideyası da ermənilərdən gəlib. Məlumata görə, hücum edənlər guya ki, Hilal Məmmədova azadlıq tələb edəcəklər. Xatırladaq ki, anoloji aksiya bir neçə gün əvvəl fərqli təşkilatlar tərəfindən də keçirilmişdi. Amma bu dəfə Azərbaycan səfirliyinə hücum ediləcəyi, səfirliyimizin yumurta atəşinə tutulacağı deyilir. Mövzu diqqətimizdədir. Son xəbərləri bizdən alın… Geri qayıt |