Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOV ARZUSUNA ÇATMAQ ÜZƏRƏDİR
ZİYA MƏMMƏDOV ARZUSUNA ÇATMAQ ÜZƏRƏDİR10-07-2012, 15:29 |
![]() GÖZLƏNİLƏN İSLAHATLARDA DYP NƏQLİYYAT NAZİRLİYİNƏ VERİLƏCƏK DİA.AZ: - Çoxdandır ki, yerli mətbuatda Dövlət Yol Polisinin Nəqliyyat Nazirliyinin tabeçiliyinə veriləcəyi ilə bağlı məlumatlar dolaşır. Bununla bağlı DİA.AZ-a məlumat verən hökumət içindəki mənbə bildirir ki, əslində qəzet səhifələrinə yol tapan bu xəbərin həqiqət payı olduqca yüksəkdir. Deyilənlərin doğru olduğunu bildirən mənbəmizə görə, artıq müvafiq prosedurun icrası üçün hətta hüquqi zəmin də hazırlanmaqdadır: В«Konkret olaraq Milli Məclisin payız sessiyasına qədər bir sıra addımların atılması planlaşdırılır və DYP daxili işlər nazirliyindən alınaraq nəqliyyat nazirliyinə tabe etdirilcək. Və DYP-nin əvvəlki kadrları artıq nəqliyyat nazirliyinin əməkdaşları heçb olunduqlarından onların polis rütbələri də əllərindən alınacaqВ». Hər halda, DYP-də çalışanların DİN-ə transfer oluna biləcəyini də vurğulayan mənbəmiz burada önəmli olanın Ziya Məmmədovun DYP-ni ələ keçirməsi olduğunu da söylədi: В«Çoxdan idi ki, nəqliyyat nazirliyinin müfəttişləri az qala sovet dövründə qalan Dövlət Avtomobil Müfəttişliyinin funksiyasını həyata keçirməklə məşğul idilər. İndi isə onların bu qeyri-rəsmi təşəbbüsləri rəsmiləşmiş olacaqВ». Onu da xatırladaq ki, az əvvəl DİN-də struktur və kadr islahatlarının həyata keçiriləcəyi haqda məlumatlar vermişik. Geri qayıt |