Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: ERMƏNİLƏR BİZİ İŞĞALDA İTTİHAM EDİRLƏR

ŞOK: ERMƏNİLƏR BİZİ İŞĞALDA İTTİHAM EDİRLƏR


10-07-2012, 14:47
ŞOK: ERMƏNİLƏR BİZİ İŞĞALDA İTTİHAM EDİRLƏR

DAHA BU QƏDƏR DƏ HƏYASIZLIQ OLMAZ: BU PİK NÖQTƏDİR…

DİA.AZ: - Erməni həyasızlığına nə qədər bələd olsaq da, hər dəfə torpaqlarımızın 20 faizini işğal altında saxlayan və özlərinə Azərbaycan türklərinin ata-baba yurdlarında dövlət qurub, bütün mədəni-tarixi dəyərlərimizi mənimsəməkdə davam edən düşmən ermənilər bizləri yenidən heyrətləndirə bilirlər.

Elə Ermənistan parlamentinin üzvü, Respublika Partiyasının nümayəndəsi Qaqik Minasyanın erməni mətbuatında yer alan son açıqlaması da bu qəbildəndir. DİA.AZ-ın düşmən ölkənin KİV-nə istinadən verdiyi xəbərə görə, Qaqik Minasyan jurnalistlərə Qarabağ münaqişəsindən danışarkən Azərbaycanı işğalçılıqda ittiham edib. Erməni deputatın məntiqinə görə, sən demə, Azərbaycan В«Dağlıq QarabağВ» adlı qondarma bir rejimin Şaumyan rayonunu işğal edib ki, bu da həmin qondarma qurumun ərazilərinin 20 faizini təşkil edir. Yəni biz iddia edirik ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, Qaqik Minasyan da bizi 20 faizlik işğalda ittiham edir.

Hər halda, bu həyasızlıq bəlkə də anoloqunu görməyəcək. Çünki bundan artıq bir iyrəncliyin, abırsızlığın uydurulması imkansızdır.

Bildirək ki, hələ Qaqik Minasyan sözlərinə əlavə də edib. Bildirib ki, Azərbaycan dövlətini bu faktla beynəlxalq aləmin gücü hesabına yerində oturtmaq lazımdır.

Nə deyirik… Hələ ki udan tərəf sizsiniz. Allah bizə Qarabağda savaşma fürsətini yaratsın, inşallah, o zaman Azərbaycan danışacaq. ÖZÜNÜN QEYRƏTLİ OĞULLARININ DİLİ İLƏ…


Geri qayıt