Əsas Səhifə > Sosial, Manşet > KÜRDLƏR YENİDƏN TƏŞKİLATLANIRLAR

KÜRDLƏR YENİDƏN TƏŞKİLATLANIRLAR


10-07-2012, 12:56
KÜRDLƏR YENİDƏN TƏŞKİLATLANIRLAR

BAKIDA PKK-NI AÇIQ ŞƏKİLDƏ DƏSTƏKLƏYƏN QURUM YARADILACAQ

DİA.AZ: - Son zamanlar Azərbaycanda separatizm meylləri dahat da güclənməkdədir ki, bu istiqamətdə kənar təirlərin müstəsna təsirinin olması faktdır. Bu dəfə isə bölücü kürdlərin Azərbaycanda yeni təşkilat yaratma niyyətinə düşmələri barədə məlumatlar almışıq. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən məlumatlı qaynağın iddialarından aydın olur ki, keçən bazar günü Bakıdakı restoranların birində hətta yeni yaradılacaq təşkilatın üzvlərinin toplantısı da keçirilib.

Mənbəmiz bildirir ki, Tibb Universitetinin yaxınlığında yerləşən «Tonqal» restoranında baş tutan ziyafətdə əsasən Türkiyədən olan kürdlər iştirak ediblər: «Hətta restoranın ofisiantlarından, işçilərindən belə çəkinmədən PKK-dan danışan həmin «qonaqlar» Abdullah Öcalanın və digərlərinin şəninə təriflər deyib, badə qaldırıblar».

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda kürd gənclərin yeni təşkilatı yarandı və bu təşkilat adından hətta prezident İlham Əliyevə müracitə də ünvanlandı ki, guya onlara Azərbaycanda şərait yaradılmır. Halbuki Azərbaycanda əslində bu ölkənin spueretnosuna - əsl sahibləri olan Azərbaycan türklərinə hənsası əlahiddə şəraitin yaradılmasını kimsə görə bilməz. Hətta Azərbaycan türkünün DÖVLƏT DİLİ haqqının əlindən alınması da bir faktdır. Yəni belə bir şəraitdə onların nəyin davasını aparmaları anlaşılan deyil.

Mənbəmiz bildirir ki, amma bu dəfə yeni yaradılacaq təşkilatın Azərbaycandakı tanınan «kürd davaçı»larına heç bir aidiyyatı yoxdur: «Belə anlaşılır ki, bu yeni qurum əslində PKK-nın Azərbaycandakı açıq üzü olacaq. Və hansı formada fəaliyyət göstərəcəyini yaxın gələcəkdə görəcəyik».

Geri qayıt