Əsas Səhifə > Gündəm, Manşet > NAZİR OĞLU BU DƏFƏ MƏHKƏMƏDƏ MƏĞLUB OLDU
NAZİR OĞLU BU DƏFƏ MƏHKƏMƏDƏ MƏĞLUB OLDU10-07-2012, 12:07 |
ANAR MƏMMƏDOVUN QƏZETLƏRƏ QARŞI İDDİALARINI HKİM RƏDD ETDİ DİA.AZ: - Məlum olduğu kimi, son zamanlar nəqliyyat naziri Ziya Məmmədovun oğlu sanki mətbuata qarşı bir savaş açıbmış kimi, barəsində hətta ən xırda faktı açıqlayan mətbu orqanı belə «silis»ə çəkməklə məşğuldur. Əslində bu davranışları ilə Ziya Məmmədovun oğlu azad sözə dözümsüzlüyünü göstərməklə yanaşı, həm də özü ilə bağlı məsələlərdə mətbuat üzərində senzura formalaşdırmağa çalışır. Bildirək ki, bu priyomdan buna qədər də istifadə olunub. Məsələn, bir zamanlar Müdafiə Nazirliyinin rəhbərliyi istənilən bir materiala görə qəzetləri məhkəməyə verib, külli miqdarda cərimələtdirməklə, sanki jurnalistlərə tövbə etdirirmiş kimi, MN barəsində yazılan yazıların sayını azaltmaqla məşğul idi. İndi də eyni üsulla Anar Məmmədov davranır. Hətta hansısa şəxsin açıqlamasını dərc etdiyinə görə belə, günahkar kimi KİV-ləri müəyyən edən nazir oğlunun «Azadlıq» və «Yeni Müsavat» qəzetləri ilə uzun müddətdir ki, məhkəmə çəkişməsində olduğu bir faktdır. Son olaraq isə Anar Məmmədov «Yevlax Avtovağzal» Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Məmmədov Bəhrəm Niyaz oğlunun fikirlərini dərc etmələrinə görə, «Gündəm Xəbər» və «Olaylar» qəzetlərini məhkəməyə vermişdi. Yenə də absurd iddia ilə nazir oğlu qəzetləri susdurmaq fikrinə düşsə də, Yasamal rayon məhkəməsi onun qəzetlərə qarşı 30 min manatlıq cərimə tələbini rədd edib. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, işə baxan Yasamal rayon məhkəməsinin hakimi Şeyda Məhərrəmova Anar Məmmədovun iddiasını təmin etməmək barədə qərar çıxarıb. Təbii ki, Anar Məmmədovun bu qərardan şikayət verəcəyi gözləniləndir. Hətta ola bilsin ki, nazir oğlu bu iki qəzeti cərimələtdirə də bildi. Amma bir məsələ fakt olaraq qalır ki, bu yollat qəzetləri susdurmaq mümkün deyil. Hər halda, Anar Məmmədov bu gün gündəmdə olan yeganə nazir oğlu deyil. Başqaları da var… Geri qayıt |