Əsas Səhifə > Güney Press / Manşet > FƏRHAD ƏLİYEV XÜSUSİ NƏZARƏT ALTINA ALINIR

FƏRHAD ƏLİYEV XÜSUSİ NƏZARƏT ALTINA ALINIR


9-07-2012, 16:19
FƏRHAD ƏLİYEV XÜSUSİ NƏZARƏT ALTINA ALINIR

HAKİMİYYƏT KEÇMİŞ NAZİRLƏ BAĞLI HƏDƏFƏ ÇEVRİLMƏK İSTƏMİR

DİA.AZ: - Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı vəziyyət də dəyişmək üzərədir. Xatırladaq ki, bu günlərdə Avropa İnsan Haqqları Məhkəməsinin rəhbərliyinə Azərbaycanın bir qrupp tanınmış ziyalısı adından digər məhbus keçmiş nazir - Əli İnsanovla bağlı müraciət edilmişdi və artıq həmin müraciət əsasında hərəkətə keçildiyi, Əli İnsanov üçün azadlıq yolunun göründüyü barədə məlumatlar yayılıb. İndi isə Fərhad Əliyev üçün də yaşıl işığın yandırıla biləcəyi söylənilir. Onu da bildirək ki, keçmiş İİN şefinin məhz səhhətindəki problemlər səbəbindən azadlığa buraxılacağı söylənilir.

“Fərhad Əliyevin səhhətində heç bir ciddi problemi yoxdur”. Xatırladaq ki, bir müddət əvvəl bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin səhhətində problemlər yaranması barədə onun hüquqlarını Müdafiə Komitəsinin sədri Cəmil Həsənlinin mətbuata verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Mehman Sadıqov, Fərhad Əliyevin səhhətində hər hansı bir problemin olması haqda həkimə, eləcə də müəssisə rəhbərliyinə müraciət etmədiyini vurğulayıb: “Fərhad Əliyev mətbuatda açıqlanan xəbərlə bağlı araşdırma aparılanda bu məlumatların haradan qaynaqlandığını özü də bilmədiyini deyib”.

Onu da qeyd edək ki, Fərhad Əliyevin sağlıq durumunun qaydasında olmaması və onun həbsxana şəraitində qalmasının imkansız olması barədə məlumatı biz yaymışdıq. Fərhad Əliyevin yaxınlarından əldə etdiyimiz informasiyaya görə, pentinesiar xidmət yenə də ənənəvi qaydada həqiqətləri gizlətməklə məşğuldur.

Mənbəmizin Fərhad Əliyevlə bağlı yeni söylədikləri: В«Məlumdur ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev 2005-ci ildə həbs edilsə də, 2007-ci ildə məhkəmə qərarı verilib və əvvəlki 2 il nəzərə alınmayıb. Avropa Məhkəməsi 2010-cu ildə bu qanunsuz həbslə bağlı qərar verib, lakin indiyədək icra olunmayıbВ».

Mənbə bildirir ki, sabiq nazirin yenə də əsas şikayəti müayinə ilə bağlıdır: В«Fərhad Əliyev həbsindən əvvəl Almaniyada müayinə olunub. O zaman bəlli olub ki, ürəyində işemiya və sol mədəciyində şişmə var. Bundan başqa, xroniki qan təzyiqi xəstəliyi var. Müayinə olunmaq istəyir. Baş Tibb İdarəsində müayinə edirlər. Deyir ki, orada kardioloq yoxdur. Ona görə də istəyir ki, xəstəxanalardan birində müayinə olunsun. Məlumdur ki, Ədliyyə Nazirliyinin xəstəliklərlə bağlı siyahısı var. Həmin siyahıda göstərilən xəstəliklərin daşıyıcıları cəzadan azad olunurlar. Fərhad Əliyevin də xəstəliyi bu siyahıya uyğundur. Lakin onu nəzərə alan yoxdur. Bununla bağlı müvafiq quruma müraciət edilsə də, bunu nəzərə alan yoxdur”.

Və bu açıqlamalardan da aydın olur ki, nədən penitensiar xidmət Fərhad Əliyevin В«turp kimi olmasıВ» barədə rəylər yaratmağa çalışır və onun xəstələnməsi barədə xəbərlərin qarşısını ciddi-cəhdlə almaqdadır. Çünki xəstə olduğu sübuta yetirlərsə, o zaman Fərhad Əliyev mütləq azad olunmalıdır.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, artıq Fərhad Əliyevin səhhətində yaşadığı problemlərin nəzərə alınması beynəlxalq təşkilatların tələbləri sırasında yer alıb. Bununla bağlı hətta Qərbdən güclü təzyiq dalğasının start götürəcəyi də gözlənilir.

Məlumatı redaksiyamıza verən Nazirlər Kabinetindəki mənbəmizin sözlərindən belə aydın olur ki, məhz bu hücumların önlənməsi üçün rəsmi Bakı öz təşəbbüsü ilə keçmiş nazirin səhhəti məsələsinə nəzər yetirə bilər. Xatırladaq ki, hakimiyyət bu kimi davranışları ilə hər zaman diqqətə gəlib. Məsələn, son olaraq 2 aprel məhbuslarının buraxılmasına nədən olan əfv fərmanının da əslində Avropa Şurası Parlament Assambleyasının siyasi məhğuslarla bağlı hesabatının В«zərərsizləşdirilməsinəВ» hesablandığı da gün kimi aydın idi.

Mənbəmizin sözlərinə görə, növbəti dəfə belə beynəlxalq sarsıdıcı zərbənin hədəfinə çevrilməməsi üçün rəsmi Bakı Fərhad Əliyev məsələsinə önəm verəcək: В«İlkin qərara görə, Fərhad Əliyev həm yenidən müayinə olunmalıdır və həm də keçmiş nazirin müalicəsi planlaşdırılır. Hətta ehtiyac yaranarsa, onu xəstəliyi ilə əlaqədar xüsusi həkim nəzarətinə də alacaqlar. Təki hədəfə çevrilməsinlərВ».


Geri qayıt