Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİNDƏN DAHA BİR BAHALI ALIŞ-VERİŞ (FOTO)

FHN ŞEFİNDƏN DAHA BİR BAHALI ALIŞ-VERİŞ (FOTO)


9-07-2012, 14:04
FHN ŞEFİNDƏN DAHA BİR BAHALI ALIŞ-VERİŞ (FOTO)

KƏMALƏDDİN HEYDƏROV ƏN TƏMİZ GƏMİNİ SATIN ALMAĞA HAZIRLAŞIR

DİA.AZ: - Azərbaycan məmurlarının bahalı alış-verişlərinə artıq hər birimiz adət etmişik. Bu dəfə də fərqlənəni fövqəladə hallar naziri Kəmaləddin Heydərov oldu. Bununla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Xatırladaq ki, bir müddət əvvəl dünyanın ən bahalı və ən təmiz yaxtasının satışa çıxarılması barədə məlumatlar yaılmışdı. Verilən xəbərdə bildirilirdi ki, satışa çıxarılan 39 metr uzunluğu olan "Columbus" gəmisi ekoloji cəhətdən dünyada hələ misli olmayan yaxtadır.

O, eynən "Toyotoa Prius" avtomobili kimi hibrid mühərriklə təchiz olunub və dizel yanacağı ilə yanaşı, elektroenerji ilə də hərəkət edir. Alüminium korpuslu yaxtanın satış dəyəri 30 milyon dollardır.

FHN ŞEFİNDƏN DAHA BİR BAHALI ALIŞ-VERİŞ (FOTO)
"gəmimiz" budur

İtaliyanın Palumbo şəhərindəki tərsanədə inşa edilən superyaxta 2013-cü ildə hazır olacaq. O, 8 adamın lüks istirahəti üçün nəzərdə tutulub.

DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyada bildirilir ki, artıq həmin gəminin müştərisi tapılıb və müştəri heç də bizlərə yad birisi deyil. Bəli, yanılmadınız dünyanın ən təmiz gəmisini Kəmaləddin Heydərov almağa hazırlaşır və artıq bununla bağlı müvafiq prosedurlar da həyata keçirilib.

Mənbəmiz bildirir ki, İngiltərədəki araçı şirkətlərinin birinin vasitəsilə gəmiyə müştəri çıxan FHN şefi hətta endirimə də nail olub. Belə ki, 30 milyona təqdim olunan gəmi ilə bağlı 29 milyon dollarlıq anlaşma əldə olunub.

Hətta mənbəmiz bir məsələni də diqqətə çatdırıb: «Kəmaləddin Heydərov bu gəmiyə müştəri çıxarkən hətta yaxın adamlarından birinə «nədən o «əjdaha»dan bizdə olmasın, nədən bu gəmi Xəzərdə üzməsin» deyə zarafatyana bir ifadə də işlədib».

Onu da bildirək ki, məmurlarımızın yaxta aludəçilərinə çevrilməsi də yeni xəbər deyil və bu gün Bakı buxtasında gəmisi olmayan tək-tük məmur var. Və həmin yaxtaların ən bahalısının qiyməti 3 milyon dollar idi. İndi isə Kəmaləddin Heydərov yeni alış-verişi ilə həm də rekorda imza atmış olacaq.

Geri qayıt