Əsas Səhifə > Hadisə > 43 YAŞLI ATA CANINI OĞLUNA QURBAN VERDİ

43 YAŞLI ATA CANINI OĞLUNA QURBAN VERDİ


9-07-2012, 13:28
43 YAŞLI ATA CANINI OĞLUNA QURBAN VERDİ

GÖYÇAYDA TÜKÜRPƏDƏN OLAY

Göyçayda 43 yaşlı kişi Yuxarı Şirvan kanalında bataraq dünyasını dəyişib.

APA-nın məlumatına görə hadisə su kanalının Göyçayın Şəhadət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəhadət kənd sakini, 1969-cu il təvəllüdlü Ələkbərov Natiq Əlimuxtar oğlu övladı ilə birgə şəxsi təsərrüfatında bəslədiyi qoyunları Yuxarı Şirvan kanalında çimizdirərkən ehtiyatsızlığın qurbanı olub.

Belə ki, oğlunun suya düşərək boğulduğunu görən ata onu xilas etmək üçün kanala düşüb və uşağı çətinliklə olsa da sudan çıxarıb. Lakin özü suda boğularaq ölüb. Hazırda FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir və 3 uşaq atası Natiq Ələkbərovun cəsədinin axtarışları davam etdirilir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Geri qayıt