Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN BAKIYA YENİ PUL KÜTLƏSİ ÖTÜRÜLÜB
İRANDAN BAKIYA YENİ PUL KÜTLƏSİ ÖTÜRÜLÜB9-07-2012, 12:42 |
FARS-MOLLA REJİMİ YANDAŞLARININ MALİYYƏ PROBLEMİNİ HƏLL EDİR DİA.AZ: - Neçə müddətdir ki, İran-Azərbaycan münasibətlərində bir gərginlik yaşanılır. Bir tərəfdən də gənc şairlərimizin fars-molla rejiminin zindanında girov tutulması münasibətlərin daha da şiddətli məcraya yön almasına nədən olub. Onu da bildirək ki, İranla Azərbaycan arasında qarşılıqlı olaraq bir-birinin əleyhinə kəşfiyyatın aparılmaması ilə bağlı anlaşma olsa da, tərəflərin bu anlaşmaya dırnaqarası baxdığı şübhəsizdir. Hər halda «tərəflərin» dedikdə burada anlaşılanı daha çox İrandır. Dəfələrlə İranın Azərbaycanda agenturasına aid şəbəkələrin də ifşa olunması rəsmi Tehranın sözügedən müqaviləyə hansı dərəcədə əməl etməsinin göstəricisi kimi qəbul oluna bilər. Təbii ki, rəsmi Bakı da qarşılıqlı olaraq İran xəfiyyəsinin Azərbaycan qollarını bir-birinin ardından budamaqdadır ki, burada iqtisadi sferaya nüfuz etmiş fars agenturasına aid dayaq nöqtələrinin zərərsizləşdirilməsi üstünlük təşkil edir. Məsələn, bildirilir ki, dünənə qədər Azərbaycanda geniş maliyyə imkanlarına malik olan İran əsilli Oromi ailəsinə məxsus şəbəkənin tədricən çökdürülməsi prosesinə start verilib. Xatırladaq ki, məşhur «VikiLiks» təşkilatının açıqladığı məxfi sənədlərdə də bu ailənin İranın xüsusi xidmət orqanları ilə şübhəsiz əlaqələrə malik olması göstərilirdi və bildirilirdi ki, İran əsilli bu ailənin üzvləri Türkiyə vətəndaşlığını alaraq özlərini Azərbaycanda Türkiyə türkü kimi təqdim edirlər. Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, son olaraq yaşanan gərginliklər fonunda Azərbaycandakı fars agentura şəbəkəsi ciddi maliyyə böhranı keçirib. Hətta İranı dəstəkləyən, İran dövlətinə xidmət edən bəzi Azərbaycan portallarının maliyyə durumu da acınacaqlı hala düşüb ki, artıq bu problemin yoluna qoyulduğu bildirilir. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, bu günlərdə həmin iranmeyilli KİV-lərə yeni maliyyə axını yönəldilib: «Təbii ki, Azərbaycanın yerli xüsusi xidmət orqanları həmin KİV-lərin maliyyə qaynaqlarını ciddi şəkildə araşdırmalıdırlar. Çünki olduqca yüksək maaşla əməkdaş çalışdırmaq və heç bir reklam və digər buk imi gəlir mənbələrinə söykənməmək ən azından şübhələrə yol açır və dövlətin müvafiq qurumlarının təftişini tələb edir». Mənbəmizin bildirdiyinə görə, Bakıdakı İran yandaşlarına bu dəfəki maliyyə Dubay xətti ilə ötürülüb: «Əslində bu xətt Azərbaycan dövlətinə məlumdur. Sadəcə olaraq, hər dəfəsində fərqli-fərqli yollarla ötürülməsi yerli «nəzarətçilərimizin» işini çətinləşdirir. Hətta olub ki, bir neçə dəfə həmin pullar bizimkilərin əlinə keçib. Amma bu dəfə «məktub» ünvana yetişib». Geri qayıt |