Əsas Səhifə > Gündəm, Manşet > ELMAR MƏMMƏDYAROVUN DA QOÇUSU VAR İMİŞ
ELMAR MƏMMƏDYAROVUN DA QOÇUSU VAR İMİŞ9-07-2012, 12:13 |
NƏDƏN FIRILDAQÇILAR XİN ŞEFİNİN “BAYRAĞI” ALTINDA GİZLƏNİRLƏR? DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nail Zaripovun müavini Aydın Qulu oğlu Əliyevin adamları vətəndaşlara fırıldaq gəlməklə məşğuldurlar. Bununla bağlı DİA.AZ-a daxil olan şikayət məktubunun müəllifi Cəfərov Tahir Səttar oğlu Aydın Əliyevin qohumlarının özbaşına əməllərindən şikayət edirdi. Özünün DİA.AZ-a ünvanladığı şikayət məktubunda şikayətçi bildirirdi ki, o, 2010-cu ildə Aydın Əliyevin həm yeznəsi və həm də dayısı oğlu olan Fikrət Hacıyevdən qarşılıqlı anlaşma yolu ilə, kredit şəklində ödəmə şərtilə avtomobil qoşqusu alıb: «Danışığımız baş tutduqdan sonra Fikrət Hacıyev qeyd olunan avtomobili mənə verib və eyni zamanda adıma notarial qaydada etibarnamə də verilib». Şikayətçi bildirirdi ki, danışıqların ilkin şərtinə uyğun olaraq hər ay 1500 manat pul ödəyib: «Lakin sonradan aylığı ödəyə bilmədiyimdən yenə də anlaşmanı təzələdik və bu məbləğ vaxtın uzadılması şərtilə bir ay üçün 500 manata qədər endirildi». Və beləcə 28 min manatdan yuxarı vəsaiti aldığı maşının əvəzinə ödəyir. Pulu ödədikdən sonra günlərin birində yol polisi Tahir Cəfərovu saxlayır və məlum olur ki, sən demə, Fikrət Hacıyev 6 ay əvvəldən Tahir Cəfərovun adına olan etibarnaməni ləğv etdirib: «Bundan sonra mən Fikrət Hacıyevin yanına gedib dedim ki, bu nə oyundur mənim başıma açırsan? Ya maşınımı geri qaytar, yenidən etibarnamə ver, ya da pulumu ver. Amma bu tələbimə baxmayaraq Fikrət Hacıyev mənə bildirdi ki, o, Aydın Əliyevin qohumudur və kimsə ona bata bilməz. Mənə dedi ki, get, nə bilirsən elə». Tahir Cəfərov daha sonra bildirir ki, başına açılan oyunlarla bağlı müvafiq dövlət qurumlarına, məhkəmələrə müraciət etsə də, Tatarıstanın Azərbaycan nümayəndəsinin birinci müavini Aydın Qulu oğlu Əliyevin təzyiqləri ilə şikayətləri geri qaytarılır. Bununla bağlı redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, bu məsələ ilə əlaqədar narazı tərəfin adamları fırıldaqçının qohumu ilə, yəni Tatarıstanın daimi nümayəndəliyində birinci müavin postunu tutan Aydın Əliyevlə görüşüblər. Amma Aydın Əliyev də qohumunun tərəfini tutaraq, hətta haqqı yeyilən vətəndaşı təhdid də edib. Bu barədə məlumatı verənt şikayətçi bildirir: «Aydın Əliyev məni xarici işlər naziri Elmar Məmmədyarovun adı ilə hədələdi və məni hətta həbs etdirə biləcəyini də söylədi». Şikayətçi bildirir ki, qarşı tərəfə «Mən hüquqlarımı müdafiə edəcəm» dedikdə, Aydın Əliyev «bura sənə Avropa deyil, Azərbaycandır» deyərək Azərbaycanın cəngəllik qanunları ilə idarə olunmasına da işarə edib. Yəni bu gün Elmar Məmmədyarovla «çaşka-lojka» olan Aydın Əliyev istənilən bir özbaşınalığı edə bilər. Hər halda, Aydın Əliyevin kim olmasından və Azərbaycanda hansı statusla oturmasından asılı olmayaraq onun diqqətinə bir məqamı xatırlatmaq istəyirik ki, burası onun üçün Rusiya deyil və rus ayısının xislətinə uyğun davranışlar Azərbaycanda keçərli hesab oluna bilməz. Mövzu diqqətimizdədir. Bizi izləməkdə davam edin… Geri qayıt |