Əsas Səhifə > Ölkə > TƏBRİZDƏKİ KONSULUMUZ ŞAİRLƏRLƏ GÖRÜŞƏ BİLMƏYİB

TƏBRİZDƏKİ KONSULUMUZ ŞAİRLƏRLƏ GÖRÜŞƏ BİLMƏYİB


8-07-2012, 15:14
TƏBRİZDƏKİ KONSULUMUZ ŞAİRLƏRLƏ GÖRÜŞƏ BİLMƏYİB

İRAN TƏRƏFİNDƏN DAHA BİR ÖZBAŞINALIQ

Azərbaycanın Təbrizdəki konsulunun İranda saxlanılan azərbaycanlı şairlərlə görüşmək cəhdi baş tutmayıb.

ANSPress-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Təbrizdəki konsul şairlərlə görüşmək üçün addımlar atsa da, İran tərəfi buna heç bir şərait yaratmayıb.

Bir müddət öncə xaici işlər naziri Elmar Məmmədyarov İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami ilə görüərkən ondan bu görüşə şərait yaradılmasını tələb edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi şairlərlə görüşün təşkil edilməsi üçün İrana 5 nota təqdim etsə də, qarşı tərəf bunlara natamam cavab verib. Yalnız İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Orqanı “Ettelat”ın rəhbəri Heydər Moslehi həbs olunmuş 2 Azərbaycan vətəndaşı barədə yaxın günlərdə məlumatın veriləcəyini bildirib.

Gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da şeir festivalında iştirak etmək üçün İrana gediblər. Mayın 2-də onlar Təbrizdə saxlanıblar.

İranın «Press TV» kanalı Azərbaycan vətəndaşları Şəhriyar Hacızadə və Fərid Hüseynin bu ilin mayında Tehranda casusluq fəaliyyətində şübhəli bilinərək saxlandığı barədə məlumat yayıb.


Geri qayıt