Əsas Səhifə > Gündəm, Manşet > TATARISTAN NÜMAYƏNDƏLİYİNİN ADI QALMAQALDA

TATARISTAN NÜMAYƏNDƏLİYİNİN ADI QALMAQALDA


8-07-2012, 11:50
TATARISTAN NÜMAYƏNDƏLİYİNİN ADI QALMAQALDA

«BİLDİRDİ Kİ, AYDIN ƏLİYEVİN QOHUMUDUR VƏ KİMSƏ ONA BATA BİLMƏZ»

DİA.AZ: - Redaksiyamıza şikayət məktubu ilə müraciət edən Belorusiya vətəndaşı, əslən azərbaycanlı Cəfərov Tahir Səttar oğlu Tatarıstanın Azərbaycandakı nümayəndəsinin birinci müavini Əliyev Aydın Qulu oğlunun yaxın qohumlarından və onların özbaşına əməllərindən şikayətçi olduğunu bildirib.

Özünün DİA.AZ-a ünvanladığı şikayət məktubunda şikayətçi bildirir ki, o, 2010-cu ildə Aydın Əliyevin həm yeznəsi və həm də dayısı oğlu olan Fikrət Hacıyevdən qarşılıqlı anlaşma yolu ilə, kredit şəklində ödəmə şərtilə qoşqulu yük avtomobili alıb: «Danışığımız baş tutduqdan sonra Fikrət Hacıyev qeyd olunan avtomobili mənə verib və eyni zamanda adıma notarial qaydada etibarnamə də verilib».

Şikayətçi bildirir ki, danışıqların ilkin şərtinə uyğun olaraq hər ay 1500 manat pul ödəyib: «Lakin sonradan aylığı ödəyə bilmədiyimdən yenə də anlaşmanı təzələdik və bu məbləğ vaxtın uzadılması şərtilə bir ay üçün 500 manata qədər endirildi». Və beləcə 28 min manatdan yuxarı vəsaiti aldığı maşının əvəzinə ödəyir.

Pulu ödədikdən sonra günlərin birində yol polisi Tahir Cəfərovu saxlayır və məlum olur ki, sən demə, Fikrət Hacıyev 6 ay əvvəldən Tahir Cəfərovun adına olan etibarnaməni ləğv etdirib: «Bundan sonra mən Fikrət Hacıyevin yanına gedib dedim ki, bu nə oyundur mənim başıma açırsan? Ya maşınımı geri qaytar, yenidən etibarnamə ver, ya da pulumu ver. Amma bu tələbimə baxmayaraq Fikrət Hacıyev mənə bildirdi ki, o, Aydın Əliyevin qohumudur və kimsə ona bata bilməz. Mənə dedi ki, get, nə bilirsən elə».

Tahir Cəfərov daha sonra bildirir ki, başına açılan oyunlarla bağlı müvafiq dövlət qurumlarına, məhkəmələrə müraciət etsə də, Tatarıstanın Azərbaycan nümayəndəsinin birinci müavini Aydın Qulu oğlu Əliyevin təzyiqləri ilə şikayətləri geri qaytarılır.

Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir…


Geri qayıt