Əsas Səhifə > Güney Press / Manşet > İNDİ DƏ YENİ BULVAR ƏRAZİSİ SATIŞA ÇIXARILIB

İNDİ DƏ YENİ BULVAR ƏRAZİSİ SATIŞA ÇIXARILIB


7-07-2012, 17:06
İNDİ DƏ YENİ BULVAR ƏRAZİSİ SATIŞA ÇIXARILIB

DƏNİZKƏNARI MİLLİ PARKIN RƏHBƏRLİYİ QAZ VURUB QAZAN DOLDURUR

DİA.AZ: - Bizim məmurlarımızın daşdan da pul çıxardıqlarını eşitmişdik, amma inana bilmirdik. İndii isə daha bir faktı diqqətinizə çatdırırıq. Söhbət köhnə bulvarın genilşənmiş hissəsində - Yeni Bulvar adlanan ərazidə cərəyan edən olaylardan gedir.

Xatırladaq ki, bir müddət əvvəlki məlumatımızda yeni bulvarın subasma təhlükəsi ilə üz-üzə qaldığını xəbərləmişdik. Sonradan bulvar rəhbərliyinin bu problemi yoluna qoyduğu da aydın oldu ki, bununla əlaqədar DİA.AZ-a müraciət edən narazı vətəndaşlar hətta redaksiyamızın məsələyə operativ reaksiyasına görə təşəkkürlərini də bildirdilər.

Bu dəfə isə DİA.AZ-a verilən məlumatda qeyd olunur ki, Yeni Bulvar ərazisinin tamamı satışa çıxarılıb.

Xatırladaq ki, В«Avroviziya-2012В» musiqi yarışması nədənindən inşaası sürətlə həyata keçirilən Yeni Bulvar ərazisində köhnə bulvarla müqayisədə kafe və rsetoranlar demək olar ki, yox səviyyəsində idi. Yalnız В«fəst-fuudВ»lar var ki, bu alver nöqtələrinin də müvəqqəti olduğu elə təkərliklərindən aydındır.

İndii isə artıq Yeni Bulvar ərazisində bir restoran quraşdırılaraq istifadə verilib. Amma bu harasıdır. Redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, Yeni Bulvar ərazisinin böyük hissəsi satılıb və bu səbəbdən ərazidə qısa müddət içində inşaat işləri start götürəcək.

Deyilənləri dəqiqləşdirmək üçün redaksiyamızın əməkdaşları ərazidə olublar və həqiqətən də inşaat işlərinin aparıldığını görüblər. Belə ki, köhnədən ərazidə fəaliyyət göstərən limandan qalma dənizə uzantı hissədə artıq böyük bir restoranın inşaasına start verilib.

Məlumatı verən mənbə iddia edir ki, Yeni Bulvarda ərazisi təxminən 2 sotluq bir restoran yerinin qiyməti 250 min manatadır. İndii özünüz təsəvvür edin ki, işbaz məmurlarımız nə qədər pul qazanacaqlar?

Nə deyirik. Xeyirli olsun…


Geri qayıt