Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOVUN QOHUMU MASALLIDA AT OYNADIR

CAVİD QURBANOVUN QOHUMU MASALLIDA AT OYNADIR


7-07-2012, 16:38
CAVİD QURBANOVUN QOHUMU MASALLIDA AT OYNADIR

İCRA BAŞÇISI DA ONA В«GET, KEF ELƏ, SƏNƏ KİMSƏ SÖZ DEYƏ BİLMƏZВ» DEYİB

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin 31 yaşlı müdiri, “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun əmisi oğlu Nahid Şəmşirovun rayondakı səs-küylü fəaliyyəti ilə artıq diqqətləri cəlb etməyə başlayıb.

Məlumatlarda bildirilirdi ki, N.Şəmşirov bu vəzifəyə təyin olunarkən ona bu sahədə yaranmış korrupsiya və rüşvətxorluq hallarını aradan qaldırmaq tapşırılsa da, hər şey əksinə cərəyan edir. Belə ki, Nahid Şəmşirov ondan əvvəlki müdirdən fərqli olaraq, vətəndaşlara saxta pensiyaları və qanunsuz iş stajlarını rayonun digər yerli şöbələrinin rəhbərləri ilə anlaşaraq kütləvi şəkildə təşkil edir. Məsələn, təhsil şöbəsində yüksək təqaüd almaq üçün kimlərin iş stajı çatmırsa, müdir vasitəsilə Nahid Şəmşirovla əlaqə yaradılır və məsələ "həllini tapır".

Mənbə qeyd edib ki, DSMF-nin Masallı rayon şöbəsinə bir neçə ay öncə təyin olunan Nahid Şəmşirov şöbədəki az qala bütün ştatları satışa çıxarıb. İndi bu şöbədə kim işini qorumaq istəyirsə 1500-2000 manatından keçməlidir.

Mənbə deyir ki, N.Şəmşirov özünü Masallıda DSMF-nin rayon şöbəsinin müdiri kimi deyil, az qala icra başçısı kimi aparır. Belə ki, Cavid Qurbanovun əmisi oğlu rayonda ölkə prezidentinin göstərişi ilə dövlət büdcəsi hesabına tikilən Gənclər Mərkəzini öz adına çıxarır və guya bu mərkəzin bütün xərclərini çəkdiyi haqda hər yerdə bildirir. Şöbə müdiri bunu deməyi azmış kimi, hətta iqtidara yaxın saytlarda bu istiqamətdə öz təbliğatını təşkil edir.

Qeyd edək ki, Nahid Şəmşirov bundan əvvəl Səbail rayon Əhalinin Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb və icra başçısıyla aralarında yaranmış problem səbəbindən Masallıya "sürgün" edilib.

Amma Masallıda vəziyyət tamam fərqlidir. Səbailin icra başçısından fərqli olaraq bu rayonun icra başçısı onunla eyni səngərdə yer alıb. Belə ki, Masallının yeni icra başçısı Rafil Hüseynova artıq Nahid Şəmşirovla bağlı tapşırıq verildiyindən o da DSMF-nin rayon şöbəsi müdirinin himayədarına çevrilib. Hətta bir zamanlar Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator olmuş Rafil Hüseynov Nahid Şəmşirova bildirib ki, heç nədən və heç kimsədən çəkinməsin, hətta Səlim Müslümov gəlsə belə, onu vəzifəsindən çıxara bilməz.

Təbii ki, Cavid Qurbanovun əmisi oğlu da belə bir güvəncə altında istədiyini həyata keçirə bilər. Məlumatlara görə, artıq Nahid Şəmşriovun əməllərindən korrupsiyaya qarşı mübarizə idarəsinin qaynar xəttinə də şikayət edilib.

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin…


Geri qayıt