Əsas Səhifə > Siyasət, Manşet > DAHA BİR XƏSTƏXANAYA QARŞI QİYAM GÖZLƏNİLİR
DAHA BİR XƏSTƏXANAYA QARŞI QİYAM GÖZLƏNİLİR7-07-2012, 14:51 |
OQTAY ŞİRƏLİYEVİN ÖZBAŞINA BURAXDIĞI SƏHİYYƏ SİSTEMİ BELƏ OLAR DİA.AZ: - Xatırlayırsınızsa, keçən ayın 19-da Salyan rayonunun mərkəzi xəstəxanasında dərman və qanda şəkərin miqdarını ölçmək üçün aparat ala bilmədiklərinə görə 100 yaxın şəkərli diabet xəstəsi baş həkimi Hüseyinağa Həsənovun qəbul otağına hücum etmişdi. Bildirək ki, bütün ölkədə böyük ajiotaj yaradan həmin olaya nədənsə səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən gərəkən reaksiya verilmədi. Halbuki baş həkimin özbaşına əməllərinin bu qiyamın baş qaldırmasında müstəsna rolunun olması hər kəsə məlum idi. Lakin SN rəhbərliyi baş həkimi qorumaqla əslində, xəstələri qiyama qaldıran tərəfin əsas nədəninin məhz özündə olduğunu təsdiqləmiş oldu. Xatırladaq ki, 19 iyunda Salyan rayonunda baş verən olay zamanı etirazçıları müxtəlif vədlərlə sakitləşdirməyə çalışan baş həkim mövcud problemlərlə bağlı Səhiyyə Nazirliyini günahlandırıb. Baş həkim Nazirliyi Salyan rayonuna biganə münasibətdə suçlayıb. Rayon sakini Əlimərdan Ələsgərovun dediyinə görə onlar xəstəxanaya dərman almağa gəlirlər ki şəkərləri düşsün, amma əksinə şəkərləri qalxır. Yəni buradan da aydın olurdu ki, səbəbkari qismində səhiyyə nazirliyi çıxış edir. Elə redaksiyamıza daxil olan bir vətəndaş şikayəti də belə deməyə əsas yaradır. DİA.AZ-a müraciət edən Bayıl qəsəbəsinin sakini Xumar Bayramovanın sözlərinə görə, o, uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir: «Bayıl qəsəbəsində yerləşən 33 saylı poliklinikada qeydiyyatda olsam da, ilk günündən bu poliklinikanın həkimlərinin xəstələrə etinasız münasibətinin şahidi olmuşam. Qanunla şəkər xəstələri üçün nəzərdə tutulan müvafiq güzəştlərdən istifadə etməyə çalışsam da, yenə də qanda şəkərin miqdarını ölçən apparatı pula almalı olmuşam. Bunlar bir yana, kimsədən çəkinməyən həkimlər pul verməyən ağır xəstələri uzun-uzadı növbələrdə saxlamaqdan da çəkinmirlər. Düşünmürlər ki, onlar insanların taleyi ilə oynayırlar». Sözügedən poliklinkadan satın aldığı aparatın çalışmadığını bildirən şikayətçi bununla bağlı poliklinakadakı həkimlərə müraciət etdiyində yenə də laqeydliyin şahidi olub: «Bunlar elə bil Hitler Almaniyasının nasistləridir, biz də onların əsirləri. Xəstələrə qarşı gestapodakı kimi davranırlar. Elə bil dövlətin pulu bunların cibindən gedir. Xəstələri o həddə çatdırırlar ki, hər kəs pul verib, əslində qanunla pulsuz nəzərdə tutulan xidmətlərdən istifadə etsin. Aparatın çalışmadığını bildirdiyimdə isə mənə yenə də eyni qaydada «özün bilərsən, get aptekdən yenisini al, bizlik deyil» sözünü dedilər. Mən də deyəndə ki, dövlət bu apparatı bizə pulsuz verir, dedilər ki, şikayətin var, dövlətə müraciət elə». Bir sözlə, 33 saylı poliklinikadakı həkimlərin qeydiyyatda olan şəkərli xəstələri artıq cana doyurduğunu bildirən Bayıl sakini bununla bağlı səhiyyə nazirliyinə müraciət etməyə hazırlaşdıqlarını da qeyd etdi: «Biz də gərək Salyanda olduğu kimi, xəstəxanaya hücum çəkək, onda ağılları başlarına gələcək». Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin… Geri qayıt |