Əsas Səhifə > Gündəm, Manşet > ŞOK! ŞOK! AZƏRBAYCANDA İRAN CASUSLARI TUTULUB
ŞOK! ŞOK! AZƏRBAYCANDA İRAN CASUSLARI TUTULUB7-07-2012, 14:12 |
FARS-MOLLA REJİMİNİN ŞAİRLƏRİ GİROV GÖTÜRMƏSİNİN ƏSL NƏDƏNİ DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl İranın informasiya, təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri Heydər Moslehi bu ölkədə həbsdə olan azərbaycanlı şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyndən danışıb. Xatırladaq ki, H. Moslehi jurnalistlərə verdiyi açıqlamada bildirib ki, casusluq ittihamı ilə həbs olunmuş iki Azərbaycan vətəndaşı barədə bütün detallar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, Azərbaycan vətəndaşları olan şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn bu ilin mayında Tehranda casusluq fəaliyyətində şübhəli bilinərək saxlanılıblar. Hər halda, İranda girov tutulan şairlərimizin nəinki fars-molla rejiminin rəsmilərinin iddia etdiyi kimi İsrailin xüsusi xidmət orqanlarının, heç Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin agentləri olmaması hər kəsə aydındır. Və hər kəsə o da məlumdur ki, burada məsələnin kökündə tamam fərqli maraqlar dayanır. Məsələn, bir neçə gün əvvəl İran tərəfi aşkar surətdə şairlərimizin əslində girov saxlanıldığını hiss etdirdi. Onlar dolayı yollarla bildirdilər ki, Azərbaycan tərəfi «Səhər» kanalının əməkdaşı Anar Bayramlını və həmçinin Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovu azad edərsə, qarşılıq olaraq şairlər də Azərbaycana qaytarıla bilər. Yəni bu fakt əslində Şəhriyar Hacızadə və Fərid Hüseynin İranda hansısa cinayətə görə yox, məhz Azərbaycana təzyiq üçün girov kimi saxlanıldıqlarını təsdiqləyir. Amma burada bir qaranlıq məqam da var. Söhbət ondan gedir ki, rəsmi Tehran əslində şairlərimizin müqabilində heç də elan etdiyi şəxslərin azadlığını tələb etmir. Bu barədə DİA.AZ-a çox ciddi çevrələrdən daxil olan məlumatlarda deyilir ki, məsələnin kökündə tamam fərqli məqamlar dayanır: «Bir müddət əvvəl, konkret olaraq Bakıda keçirilən «Avroviziya-2012» mahnı müsabiqəsi ərəfəsində Azərbaycana İran tərəfindən 4 nəfəri şübhəli şəxs keçib ki, onların arasında İranın təhlükəsizlik orqanlarının bir zabit idə var. İranlıların Azərbaycana kəşfiyyat məqsədilə daxil olduqları artıq sübuta yetirilib və həmin 4 nəfər Azərbaycanın xüsusi xidmət oqrqanları tərəfindən həbs edilib. Amma bu barədə məlumatlar ictimailəşdirilməyib». Mənbəmiz bildirir ki, həmin şəxslərlə bağlı neçə müddətdir ki, rəsmi Tehranla Azərbaycan arasında danışıqlar gedir və münasibətlərdəki açıqlanmayan gərginlik nöqtəsi də bununla bağlıdır: «Azərbaycan isə artıq məsələ ilə əlaqədar dövlət səviyyəsində əməkdaşlıq etdiyi İsrailin «Mossad»ı ilə anlaşıb və həbs edilən fars xəfiyyəsinin üzvlərinin İsrailə təhvil verilməsi gözlənilir». Belə bir məqamda isə İran azərbaycanlı şairləri girov götürərək, onları öz zabitləri ilə dəyişməyi təklif edib: «Amma rəsmi Bakı İsrailin təzyiqləri altında həmin fars agenti İrana qaytara bilmədiyindən şairlərlə bağlı məsələ də günü-gündən şişirdilir». Geri qayıt |