Əsas Səhifə > Siyasət, Manşet > İRAN ADINDAN DAHA BİR İYRƏNCLİK BAŞ VERDİ

İRAN ADINDAN DAHA BİR İYRƏNCLİK BAŞ VERDİ


7-07-2012, 11:43
İRAN ADINDAN DAHA BİR İYRƏNCLİK BAŞ VERDİ

TEHRANDA AZƏRBAYCANLI ƏSİRLƏRƏ İŞGƏNCƏ VERƏN ERMƏNİ YAD EDİLDİ

DİA.AZ - İran-Ermənistan qardaşlığı günü gündən inkişaf edir - dedik, yanılmadıq. Artıq adda islam respublikası olan fars-molla rejimi sözün bütün mənalarında minlərlə şiə Azərbaycan türkünü qətlə yetirmiş düşmən Ermənistana dəstək verməkdə, İrəvanın əsas dayağına çevrilməkdədir. Elə buna görədir ki, hətta ermənilər son zamanlar «Biz özümüzü Tehranda İrəvanda olduğundan daha təhlükəsiz hesab edirik» kimi fikirlər də irəli sürürlər.

Bəli, Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilməyən və Azərbaycanın bir dövlət olaraq varlığını haqlı olaraq özü üçün əsas təhlükə hesab edən fars-molla rejimi ermənilər üçün ikinci vətən anlamını daşımaqdadır.

Dünən isə ermənilər ikinci vətənləri olan İranın paytaxtı Tehranda bir neçə gün əvvəl İrəvanda baş verən insident zamanı aldığı ağır xəsarətdən cəhənnəmə vasil olmuş erməni mayoru Vaqe Avetyana anım mərasimi keçiriblər.

Bu barədə DİA.AZ erməni mətbuatına istinadən bildirir ki, anım mərasimi Tehrandakı Müqəddəs Sərkis kilsəsində baş tutub. İran erməni eparxiyasının rəhbəri, arxiyepiskop Sepux Sarkisyan anım mərasimində İran-Ermənistan dostluğundan da geniş bəhs edib.

Bildirək ki, əslən İran ermənisi olan Vaqe Avetyan Qarabağda Azərbaycan türklərinə qarşı etdiyi vəhşilikləri ilə də diqqətə gəlir. Onun son illərdə əsir düşmüş soydaşlarımıza işgəncə verən dəstəyə rəhbərlik etdiyi bildirilir. Belə ki, İrəvan hərbi qarnizonunun baş həkimi olan Vaqe Avetyan həmin hospitalda saxlanılan azərbaycanlı əsirlərə xüsusi işgəncələr verib.

Onun ölümünə səbəb olan olaya gəlincə isə Vaqe Avetyan 17 iyun tarixində İrəvanın Açaryan küçəsi 29 ünvanında yerləşən «Arsnakar» restoranında baş vermiş qarşıdurmanın qurbanı olub. Belə ki, restoranda yeyib-içən erməni dığaları bir-birilərinə giriblər.

Erməni ordusunun mayoru Vaqe Avetyan, ordu həkimi Artak Bayadyan, baş leytenant Qarik Soqomonyan erməni parlamentinin deputatı, Ermənistan futbol federasiyasının prezidenti Ruben Ayrapetyanın mühafizəçiləri tərəfindən möhkəmcə döyülüblər. Bir neçə gün komada olan Vaqe Avetyan 29 iyun tarixində cəhənnəmə vasil olub.

Geri qayıt