Əsas Səhifə > Hadisə > BAKIDA BİZNESMEN QADININ QATİLİ TAPILDI

BAKIDA BİZNESMEN QADININ QATİLİ TAPILDI


7-07-2012, 10:59
BAKIDA BİZNESMEN QADININ QATİLİ TAPILDI

QATİL QƏTLDƏN SONRA EVİ YANDIRIBMIŞ

Azərbaycan paytaxtında biznesmen qadının qətlində şübhəli bilinən şəxs tutulub.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, iyunun 22-si saat 17 radələrində Suraxanı rayonu İ. Məmmədov küçəsində yaşayan Zibeydə Dadaşovanın evində yanğın baş verib. Nəticədə Z. Dadaşova yanıq xəsarətlərindən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.

Müayinə zamanı meyitin üzərində, sinə nahiyəsində 6, ayağında isə bir kəsilmiş-deşilmiş xəsarət aşkar edilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bülbülə qəsəbə sakini Samir Səlimov iyulun 6-da tutulub.

Qeyd edək ki, qətlə yetirilən qadın bizneslə məşğul olub. Hadisəni törədən S. Səlimov qadını öldürüb və evi qarət edib. Daha sonra izi itirmək məqsədi ilə evi yandırıb.

Geri qayıt