Əsas Səhifə > Güney Press / Manşet > SƏFƏR ƏBİYEVİN ADINDAN PUL YIĞILIR
SƏFƏR ƏBİYEVİN ADINDAN PUL YIĞILIR6-07-2012, 16:25 |
![]() BOĞAZA QƏDƏR ÇİRKAB İÇİNDƏ OLAN MƏMURLARIMIZ İSƏ EHTİYAT EDİR DİA.AZ: - Deyəsən, bu ölkədə təxribatların sayı durmadan artmaq üzərədir. Elə redaksiyamıza da növbəti bir təxribat faktı daxil olub. Məlumatlı dairələrdən DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, indii də hədəfə Müdafiə Naziri Səfər Əbiyev alınıb. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, bir neçə fırıldaqçı xüsusən Gəncəbasar bölgəsində ayrı-ayrı idarə müdirlərindən Səfər Əbiyevin adından pul toplamaqla məşğuldur. Bildirək ki, həmin şəxslərdən birinin kimliyi redaksiyamıza məlumdur. Həm də reket mətbuatın nümayəndəsi olan sözügedən şəxslə bağlı araşdırmalarımız davam etdiyindən daha dolğun məlumatları yaxın vaxtlarda açıqlayacağıq. Mənbəmizin sözlərinə görə, artıq bir neçə idarə müdiri Səfər Əbiyevin adından gələn В«elçilərəВ» pul verib: В«Fırıldaqçılar bildirirlər ki, guya Ordu Günü ilə bağlı Səfər Əbiyev tədbir keçirmək istəyir və bu məqsədlə pul lazımdır. Maraqlıdır ki, boğaza qədər cinayətin içində olan məmurlar da heç bir dəqiqləşdirmə aparmadan həmin pulu verirlər. Kimindən 300 manat, kimindən də 500 manat pul alınır. Halbuki Ordu Günü çoxdan geridə qalıbВ». Geri qayıt |