Əsas Səhifə > Siyasət, Manşet > VASİF TALIBOVDAN DAHA BİR ƏCAİB QƏRAR
VASİF TALIBOVDAN DAHA BİR ƏCAİB QƏRAR6-07-2012, 13:56 |
«NAXÇIVAN XANI» DÖVLƏT MARAQLARINI BİZNESİNƏ QURBAN VERİR DİA.AZ: - Son zamanlar İranla münasibətlərimizin gərilməsi hələ də blokada şəraitində olan Naxçvıanımıza da öz təsirini göstərməkdədir. Bu barədə muxtar respublikadakı qaynaqların DİA.AZ-a ötürdüyü məlumatlardan aydın olur ki, Naxçıvandakı İran-Azərbaycan sərhədlərində son vaxtlar Azərbaycan vətəndaşlarına qarşı bir təzyiq başlayıb və hətta İranla biznes münasibətlərində olan Naxçıvanın bəzi yerli məmurları bu səbəbdən çox ciddi maliyyə itkisinə də uğrayıblar. Məsələn bildirilir ki, Naxçıvan xanı Vasif Talıbova yaxın iş adamlarından biri təkcə son münasibət pozuqluğu səbəbindən bir ay ərzində 20 min manat xərcə düşüb: «Həmin şəxs Naxçıavana İrandan əsasən kənd təsərrüfatı məhsullarının gətirilməsi ilə məşğuldur. Və sərhəddəki süni maneələr artıq həmin malların idxalını da məhdudlaşdırıb. Nəticədə bir yandan yerli əhali ərzaq böhranı keçirir, digər yandan da iş adamları maliyyə itkisinə uğrayır». Məlumatlı mənbənin sözlərinə görə, Vasif Talıbov vəziyyətdən çıxış yolunu tapıb. Təbii ki, Naxçıvan xanı bu addımı heç də sıradan vətəndaşın ərzaq problemini həll edə bilməsi üçün atmır: «Çünki alternativ olaraq Türkiyə bazarı var və hətta bəzi məhsulların qiyməti baxımından Türkiyə ilə alış-veriş daha sərfəlidir. Deməli, Vasif Talıbov bu qərarını sırf olaraq özünün biznesmen adamlarını müdafiə etmək üçün atır». Mənbəmiz bildirir ki, keçən həftə Vasif Talıbov Tehran rəsmiləri ilə danışıqlar üçün rəsmi Bakının icazəsi olmadan xüsusi adamlarını yollayıb: «Danışıqlar olub və bəla burasındadır ki, danışıqlar zamanı Vasif Talıbovun adamı «Bakıya təzyiqlərin Naxçıvana aidiyyatı olmamalıdır» şəklində bir təhlükəli fikri də işlədib». Hər halda, bu məsələyə görə, Vasif Talıbovun «silisə» çəkiləcəyi gözləniləndir. Ən azından dövlət başçısı tərəfindən… Geri qayıt |