Əsas Səhifə > Güney Press / Manşet > ELDAR ƏZİZOV SUMQAYITDA ŞPİON AXTARIŞINA ÇIXIB

ELDAR ƏZİZOV SUMQAYITDA ŞPİON AXTARIŞINA ÇIXIB


5-07-2012, 18:01
ELDAR ƏZİZOV SUMQAYITDA ŞPİON AXTARIŞINA ÇIXIB

İCRA BAŞÇISI NIN ADAMLARI AYAQDADIR

DİA.AZ: - Bir neçə gün əvvəl Sumqayıtda yerli sahibkarların incidilməsi ilə və onlardan müxtəlif bəhanələr altında pulların toplanması ilə əlaqədar informasiya vermişdik və bildirmişdik ki, hətta birbaşa olaraq Sumqayıtın icra başçısı Eldar Əzizovun adından kəsilən xəraca etiraz edən yerli iş adamlarından birinə aşkar surətdə В«pulun yoxdur, bizneslə məşğul olmaВ» cavabı da verilib.

İndi isə Sumqayıtdan bir başqa məlumat almışıq. Şəhərdəki qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, Eldar Əzizov redaksiyamızı bilgiləndirən qaynağın axtarışına çıxıb. Hətta İH-nin əməkdaşları bir neçə sahibkardan bizimlə kimin əlaqəsinin ola biləcəyini müəyyən etməyə çalışıb.

Onu da bildirək ki, dünən həmçinin mətbuata açıqlama verən Eldar Əzizov Sumqayıtda sahibkarlara divan tutulmasını, onların obyektlərinin qanunsuz olaraq plana salınmasını şəhərin abadlaşdırma siyasəti ilə əlaqələndirmişdi. Halbuki В«plana düşənВ» obyektlərin sonradan necə PLANDAN ÇIXMASINA da şahidlik etmişik. Yəni pulun yoxdursa, obyektini traktorun ağzına verəcəklər…


Geri qayıt