Əsas Səhifə > Güney Press / Manşet > MƏLEYKƏ ABBASZADƏYƏ QARŞI TƏXRİBAT TÖRƏDİLDİ

MƏLEYKƏ ABBASZADƏYƏ QARŞI TƏXRİBAT TÖRƏDİLDİ


5-07-2012, 16:46
MƏLEYKƏ ABBASZADƏYƏ QARŞI TƏXRİBAT TÖRƏDİLDİ

TQDK SƏDRİNİN QIZI DİA.AZ-A AÇIQLAMA VERDİ

DİA.AZ: - Az öncə beldə bir xəbər yayıldı ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ərə gedib. Bildirək ki, bu məlumatı “OLAYLAR” agentliyi dövriyyəyə buraxıb və DİA.AZ olaraq məsələ ilə əlaqədar araşdırma apardıq və ortaya xeyli ilginc faktlar çıxardıq.

İlk əvvəl isə adıkeçən agentliyin məlumatını diqqətinizə çatdıraq. Agentliyə görə, komissiya sədrinin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş direktoru Adil Baxşəliyevlə ailə həyatı qurduğu bildirilir.

Məlumata görə, Məleykə Abbaszadə Adil Baxşəliyevlə bir neçə ay əvvəl ailə həyatı qurub. Komissiya sədri ilə baş kardioloqun nikahı da rəsmiləşdirilib. Mənbə bildirir ki, cütlük yaxın qohumlarının iştirakı ilə Bakının tanınmış restoranlarından birində qapalı nikah mərasimi də keçirib.

Qeyd edək ki, 59-yaşlı Məleykə Abbaszadənin birinci izdivacından 2 övladı var.

Bununla bağlı apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, əslində Məleykə xanımın ailə həyatı qurması ilə bağlı deyilənlər dezinformasiyadan başqa bir şey deyil və bu işdə birbaşa olaraş Təhsil Nazirliyinin iştirakı var. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, Məleykə Abbaszadə neçə müddətdir Təhsil Nazirliyinin saxta əməllərini ifşa etməkdədir: В«İndi görünür, nazirlik də bu yolla TDQK sədrinin ictimai nüfuzuna xələl gətirmək istəyir. Bütün bunlar Misir Mərdanovun yastığının altından çıxıbВ».

Onu da bildirək ki, DİA.AZ əməkdaşları Məleykə Abbaszadənin qızı ilə də əlaqə saxlayıb. Redaksiyamıza bu barədə açıqlama verən həmsöhbətimiz bildirdi ki, anasının ailə həyatı qurması ilə bağlı deyilənlər yalan və iftiradır. Qeyd edək ki, В«Ananızın ərə getməsi barədə deyilənlər doğrudurmuВ» sualımızı TQDK sədrinin övladı böyük heyrətlə qarşılamaqla yanaşı, həm də xeyli güldü: В«Bunlar cəfəngiyyatdır. Hər halda, mənim anamdır və mən ilk əvvəl bunu bilməliyəm. Yalandır deyirəmsə, deməli, yalandırВ».

Geri qayıt