Əsas Səhifə > Hadisə > BOLNİSİDƏKİ KƏNDLƏRİMİZDƏ GÜCLÜ DOLU

BOLNİSİDƏKİ KƏNDLƏRİMİZDƏ GÜCLÜ DOLU


5-07-2012, 15:06
BOLNİSİDƏKİ KƏNDLƏRİMİZDƏ GÜCLÜ DOLU

100-LƏRLƏ MAŞINA ZİYAN DƏYİB

Azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonundakı kəndlərə küləklə müşayiət olunan güclü dolu düşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov məlumat verib.
Onun sözlərinə görə, Bolnisi şəhəri də daxil olmaqla Kəpənəkçi, İncəoğlu, Xaçınlı, Mığırlı kəndlərinə ciddi zərər dəyib. Təkcə Bolnisi şəhərində 100-ə qədər avtomobil zədələnib, Kəpənəkçi kəndində də 40 avtomobilə ciddi ziyan dəyib. Kəpənəkçi kəndində 80 hektar üzüm sahəsi, sakinlərin icarəyə götürdükləri 250 hektardan çox tərəvəz sahələri və kənd əhalisinin həyətyanı sahələrinə də ciddi ziyan dəyib.

Bolnisi rayon icra hakimiyyəti başçısının müavini Ramin Əsədov APA-ya açıqlamasında fəlakətlə bağlı yaradılan komissiya üzvlərinin fəsadları hesablamaq üçün kəndləri gəzdiklərini bildirib: “Kəndlilərin becərdikləri hazır məhsullar da xarab olub. Bolnisi şəhərində evlərin dam örtüyü sıradan çıxıb. Hökumət dəyən zərəri ödəmək qərarına gəlib. Biz bu gün kəndlərə dəyən zərəri ödəmək üçün komissiya üzvləri ilə sahələri və həyətyanı evləri gəzir, sakinlərlə söhbət edir, dəyən ziyanı hesablamaq üçün ətraflı məlumat toplayırıq”.

Geri qayıt